Nida.az
Daha 2 təşkilat Benilüks Azərbaycanlıları Konqresinə birləşdi - FOTO
Niderland və Belçika Krallığının hər bir əyalətində Azərbaycan təşkilatlarının yaradılması prosesinə start verən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) tərkibinə daha iki təşkilat əlavə olunub. Bu barədə Publika.Az-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Bunlar Hollandiyanın Brabant Əyaləti Azərbaycanlılar Məclisi və Şimalı Hollandiya Əyaləti Azərbaycanlılar Ittifaqıdır. Hər iki təşkilatın təqdimat mərasimi Rotterdam şəhərində baş tutub.
Mərasimdə Benilüks Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov yeni təşkilatları iştirakçılara təqdim edib, onların rəhbərlərini və üzvlərini təbrik edərək, diaspor fəaliyyətində uğurlar arzuladıqdan sonra tədbirdə Disaporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun təbrik məktubu oxunub.
Təqdimat mərasimində hər iki yeni qurumun rəhbəri Ofeliya Babayeva və Sima Cəfərova təşkilatlar barədə məlumat verərək, məqsəd və planlarını açıqlayıblar, Idarə Heyəti üzvlərini təqdim ediblər.
Haaqadakı Azərbaycan səfirliyinin nümayəndəsi Elxan Ələsgərov, BAK-ın I vitse-prezidenti Elsevər Məmmədov, Hollandiya Türk Federasiyasının sədri Murat Gedik, və digər ölkələrin diaspor təşkilatlarının təmsilçiləri çıxış edərək, yeni yaradılmış cəmiyyətə uğurlar arzulayıb, gələcək əməkdaşlıqlarından danışıblar.
Yeni yaradılmış diaspor təşkilatlarının təqdimat mərasimi rəsmi hissədən sonra konsert proqramı ilə davam edib. Konsertdə Azərbaycanın incəsənət ustaları, o cümlədən xalq artisti Flora Kərimova soydaşlarımız qarşısında çıxış edib.
Qeyd edək ki, Benilüks Azərbaycanlıları Konqresi sıralarını genişləndiməkdə davam edir. Yaxın vaxtlarda daha üç əyalətdə soydaşlarımızı birləşdirən yeni təşkilatların yaradılması planlaşdırılır.
Vasif Həsənli
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək