Lənkəranda minik avtomobili piyadanı vurub
Bizi izləyin

Qırmızı.az

Lənkəranda minik avtomobili piyadanı vurub

Lənkəranda piyadanın vurulması ilə nəticələnən ağır yol qəzası baş verib.

Lənkəranda piyadanın vurulması ilə nəticələnən ağır yol qəzası baş verib.

Publika.az xəbər verir ki, Lənkəran şəhərinin Zərifə Əliyeva küçəsində, şəhər sakini 1977-ci il təvəllüdlü Hakim Ramiz oğlu Rzayev idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən piyada 1996-cı il təvəllüdlü Sevanə Nicat qızı Nurullayevanı vurub.

Güclü zərbədən sürücü və onun yanındakı oğlu, 2005-ci il təvəllüdlü Hikmət Rzazadə də xəsarət alıb. Hər 3 yaralı dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) çatdırılıb.

Xəstəxanadan bildiriblər ki, hazırda yaralıların sağlıq durumu normaldır.

Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm