Qadın
Yaşlı göstərən 6 yanlış saç forması
Güzgüyə baxanda özünüzü olduğunuzdan daha yaşlı görürsünüzsə, demək, mütləq gözdən qaçırdığınız bir səhv var. Saç rənginiz, saç formanız və ya bilmədən etdiyiniz digər səhvlər yaşıdlarınızdan daha yaşlı görünməyinizə yol açar. Yaşınızı artıran və üz ifadənizi solğunlaşdıran saçlarınızdakı yanlışları sizin üçün hazırladıq. Yazdığımız məqaləni diqqətlə oxuyaraq bu problemdən qurtula bilərsiniz. Buyurun, sizi yaşlı göstərən yanlış saç forması ilə tanış olun.
1. Eyni boy kəsim səhvi:
Saçınızın hər tərəfinin bərabər uzunluqda olması yaşlı görünməyinizə səbəb olar. Yüngül mərtəbəli saçlar daha azad və gənc bir görünüş yaradar. Üst-üstə qatlar uyğun bir seçim ola bilər.
2. Saç məhsullarından həddindən artıq istifadə
Saçı formaya salan məhsulların həddindən artıq istifadəsi cansızlaşmaya və yaşlı görünüşə səbəb olar. Az miqdarda jele, köpük və ya saç lakı gözəl ola bilər. Ancaq bu məhsullardan çox istifadə olunduğu zaman solğun bir görünüş verər.
3. Sapsarı saçlar yaşlı göstərir
Yaşlandıqca dərinizdəki piqmentlər fəaliyyətini itirər və dəriniz solar. Sapsarı saçlar isə daha da yaşlı görünməyinizə səbəb olar. Canlı görünən tünd tonları seçməlisiniz.
4. Qırıq saç ucları
Saçlarınızın baxımsız və uclarının qırıq olması parlaqlığını itirir. İşıldamayan saçlar yaşlı görünməyinizə səbəb olar. Tez-tez uclarını kəsdirməyə, qidalandırıcı kremlər və maskalardan istifadə etməyə diqqət edin.
5. Çox tünd saçlara yox deyin!
Saçlarınız çox tünd olduqda üzünüzdəki şişkinliklər, xətlər, qırışlar və gözaltı torbalar daha asan gözə çarpar. 30 yaşını keçən qadınların tünd saçlarının bir az açılması təklif edilir.
6. Ütülənmiş kimi görünən saçlar
Belə saçlar sizi daha yaşlı göstərər. Saçlarınızı düzləşdirmək fikrinə düşmüsünüzsə, onları kiçik buruqlarla canlandırın. Baxımlı və gözəl görünmək istəyirsinizsə, köhnə model saçlardan uzaq durun. Yox, əgər saçlarınızın düzlüyü təbiidirsə, o zaman fenlə buraraq daha həcmli görünüş verə bilərsiniz. /Qadın.net/
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO