Köməksiz vəziyyətdə qalan uşaq xilas olundu
Bizi izləyin

Qırmızı.az

Köməksiz vəziyyətdə qalan uşaq xilas olundu

Bakının Suraxanı rayonunda bir azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Bakının Suraxanı rayonunda bir azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə doqquzmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilin eyvanına xüsusi alət və avadanlıqlar vasitəsilə 5-ci mərtəbədəki mənzilin eyvanından enərək içəri daxil olublar.

Mənzilə baxış keçirilərkən azyaşlı yatmış vəziyyətdə aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 18:17-də başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm