Egey dənizində gərginlik: Yunanlar türkiyəli kapitanı öldürdü
Bizi izləyin

Dünya

Egey dənizində gərginlik: Yunanlar türkiyəli kapitanı öldürdü

Türkiyənin Bodrum limanından yola düşərək 7 suriyalı qaçağı Yunanıstana məxsus İstanköy adasına keçirmək istəyən türkiyəli kapitan Yunanıstan Sahil Təhlükəsizliyi Xidməti tərəfindən vurulub.

Türkiyənin Bodrum limanından yola düşərək 7 suriyalı qaçağı Yunanıstana məxsus İstanköy adasına keçirmək istəyən türkiyəli kapitan Yunanıstan Sahil Təhlükəsizliyi Xidməti tərəfindən vurulub. Atəş nəticəsində kapitan həyatını itirib.

Yunan xəbər saytlarından verilən məlumatlara görə, kapitan 7 suriyalıyla birlikdə adaya yaxınlaşmağa çalışıb. Sahil təhlükəsizlik əməkdaşlarının xəbərdarlıq atəşinə məhəl qoymayan kapitan ikinci atəş nəticəsində həyatını itirib.

Suriyalı qaçaqlar isə nəzarət altına alınıb. /Axar.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm