Yuliya Timoşenko partizan hərəkatı yaradır
Bizi izləyin

Dünya

Yuliya Timoşenko partizan hərəkatı yaradır

“Batkivşina” partiyasının lideri, Ukrayna prezidentliyinə namizəd Yuliya Timoşenko seçkiqabağı kampaniyanı dayandırıb.

“Batkivşina” partiyasının lideri, Ukrayna prezidentliyinə namizəd Yuliya Timoşenko seçkiqabağı kampaniyanı dayandırıb.

Bu barədə o, bu gün Kiyevdə keçirdiyi mətbuat konfransında bildirib. Amma o, prezidentliyə namizədliyindən də geri çəkilmədiyini vurğulayıb.

“Mənim soyadım bülletenlərdə qalacaq, mən seçki kampaniyasının iştirakçısı kimi qalıram. Amma seçki kampaniyasını kənara qoymuşam və mütəxəssislərlə birlikdə bizim dövlətin müdafiəsi ilə, müqavimət hərəkatının yaradılması, Ukrayna uğrunda döyüşməyə hazır olan bütün vətəndaşların bir araya gəlməsilə məşğulam”,- deyə Timoşenko bildirib.

Keçmiş baş nazirin sözlərinə görə, Rusiya əleyhinə hərəkatın mərkəzi qərargahı artıq öz işinə başlayıb. Tezliklə “Rusiya təcavüzünə qarşı müqavimət hərəkatının” şöbələri ölkəni bürüyəcək. İlk özəklər Xarkov, Zaporojye və Dnepropetrovsk vilayətlərində açılacaq. /Ans/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm