Gecə saatlarında Bakıda intihara cəhd
Bizi izləyin

Qırmızı.az

Gecə saatlarında Bakıda intihara cəhd

Bakıda gecə saatlarında bir nəfər intihara cəhd edib.

Bakıda gecə saatlarında bir nəfər intihara cəhd edib.

Paytaxtın Nəsimi rayonunda bir nəfər yaşadığı binanın üçüncü mərtəbəsində mənzilin eyvanından intihara cəhd edib.

Hadisə barədə məlumat əldə edən Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri, polis əməkdaşları və təcili yardım heyəti həmin əraziyə gəliblər.

Zərərçəkmişlə müvafiq söhbətlər aparmaqla əlverişli şəraitdən istifadə edən xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, mənzilin eyvanının pəncərəsindən içəri daxil olaraq, intihara cəhdin qarşısını almağa müvəffəq olublar.

Əməliyyat saat 00:34-də başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm