Orxan İsmayıl - Ölmək hələ çox tezdir..
Bizi izləyin

Yazarlar

Orxan İsmayıl - Ölmək hələ çox tezdir..

Ölmək hələ çox tezdir..

Ölüm bizi gözləyir. O qaçılmaz və təqibedicidir. Ağlagəlməz anda real, kölgəsi hiss edildikdə sürpriz vəd edəndir.

“Əbədi həyat”, “ölməzlik”, “mən daimiyəm” – gözəl səslənir, elə deyilmi? Mahiyyətinə varıb, elmin kəmşirin emosiyalı gülüşlə, dinin daş-qalaqla qarşıladığını bilməyimizə rəğmən, bu cür abstrakt anlayışlar səsləndiririk. “Bir gün ölsəm, yaddaşlarda yaşayacağam” kimi ifadələrlə özümüzü aldadırıq. İnanın ki, bu, heç 5 dəqiqəlik yaşamaq hissi ilə müqayisə oluna bilməz.

Həmişə uzunömürlü canlılara həsəd aparmışam. Onların yerində olmaq istəmişəm. Axı pis olmaz, adi palıd ömrünü yaşamaq. Yüz illərlə yaşlanmaq. Belə məsələlərdə özümə, elə özümsayağı təskinlik verməyi də bacarıram. Məsələn, mənim yanaşmama görə, yüz illərlə yaşaya bilən palıdın tələf ola bilmə (xüsusilə insanlar tərəfindən) ehtimalı ilə mövcudluğu arasındakı nisbət, orta hesabla 80 il yaşayan insanın ölmək ehtimalı ilə mövcudluğu arasındakı nisbətə yaxın olmalıdır.

Sözsüz ki, mövcud olmaq və yaşamaq anlayışları fiziki mənada çox olmasa da, xüsusilə insana istiqamətləndikdə fərqlənirlər. İnsanlar çox zaman yaşadıqları ömrü daxili ritualları ilə tarazlaşdırmağa çalışırlar.

Həyatda hər necə olursa olsun, yaşamağı hər şeydən üstün tutan adam: “Mənim üçün öləndən sonra da ruhən qəlblərdə yaşamağımın heç bir önəmi yoxdu. Mən bundansa daha bir neçə saat yaşamağı istərdim.”

Ömrünün uzun olmasındansa, şərəfli bir həyat hekayəsi yaşamağı daha üstün tutan adam: “Bu günə qədər ədalətli olmağa, vicdanlı davranmağa və alnı açıq yaşamağa çalışmışam. Qalan ömrümü də belə başa vurmaq ən böyük istəyimdir.”

Analogiya isə belədir. Hər ikisi yaşayır, yaşamağından peşman deyil. İnsanları fərqli düşüncələrinə, davranışlarına, “homohəmkarlarına”münasibətinə rəğmən, bir araya gətirən ortaq dəyərlərin ən başlıcası yaşamaq həvəsinin olmasıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm