Almanlar türk əsilli ulduzla anlaşdı
Bizi izləyin

İdman

Almanlar türk əsilli ulduzla anlaşdı

Almanlar türk əsilli ulduzla anlaşdı

Dortmund “Borussiya”sı türk əslli ulduzu İlkay Gündoğanla yeni müqavilə imzalayıb. Publika.az xəbər verir ki, yeni müqaviləyə əsasən İlkay 2016-cı ilin iyununa qədər Dortmundda qalacaq.

Futbolçunun əvvəlki müqaviləsi 2015-ci ilin iyununda başa çatırdı.

Bir müddət əvvəl Almaniya mətbuatında yayılan məlumatda bildirilirdi ki, Nuri Şahinin transfer hüququnu əldə etmək üçün “Borussiya” Gündoğanı “Real”a satacaq. Transferin dəyəri 30 milyon avro civarında qiymətləndirilirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm