Mövsümün saçaqlı trend çantaları - FOTOLAR
Bizi izləyin

Qadın

Mövsümün saçaqlı trend çantaları - FOTOLAR

Saçaq geyim üslubunda ən məşhur dekorlardan biridir. Bu tərzi birinci müasir Amerika hinduları, daha sonra kovboylar məşhurlaşdırır. Heç bir özünə hörmət edən vestern onun statusunu müəyyənləşdirən kurtkasında dəbdədbəli saçaqlar olmadan, kadrlarda görünməyə cəsarət etməzdi.

70-ci illərdə azadlıq sevən və xippi həvəskarları müstəqil hinduların mədəniyyətinin simvolu və elementi kimi arxivdən saçaqlı kostyumu arxivlərini çıxarırlar. Məşhur jiletlər və saçaqlı çantalar nazik dəri və zamşa materialından hazırlanırdı. Bu Əşyalar saplar, dərilə, muncuqlar, ağac və sümük dənələri ilə bəzədilirdi.

Bizim vaxtımızda müstəqil özünüifadə edən saçaqların geri qayıtması başa düşüləndir. Belə ki, saçaq azadlıq rəmzi və laqeydliyi ifadə edir. Bu yay isə bizə elə bu lazımdır. Publika.Az-ın qadın bölməsi Gucci, ASOS, Indio, MICHAEL , Convertible, Juicy Couture kimi məşhur brendlərin saçaqlı çanta modellərini təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm