Elin Süleymanov: “ABŞ-ın birmənalı mövqe nümayiş etdirməsi...”
Bizi izləyin

Nida.az

Elin Süleymanov: “ABŞ-ın birmənalı mövqe nümayiş etdirməsi...”

Elin Süleymanov: “ABŞ-ın birmənalı mövqe nümayiş etdirməsi...”

Oklahoma ştatını təmsil edən konqresmen Cim Braydenstayının (Jim Bridenstine) təşəbbüsü ilə Talsa (Tulsa) şəhərində yerləşən Oklahoma Universitetinin Şusterman Tədris Mərkəzində Azərbaycanın enerji təhlükəsizliyində roluna həsr edilmiş “Qlobal Enerji Təhlükəsizliyi Forumu” adlı tədbir təşkil edilib.

Bu barədə Publika.Az-a Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib.

Forum çərçivəsində Azərbaycanın enerji siyasəti, ölkəmizin karbohidrogen ehtiyatlarının Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolu və Cənubi Qafqaz Qaz Dəhlizinin bu xüsusda yaradacağı imkanlar ətrafında müzakirələr aparılıb.

Forumda ilk olaraq çıxış edən konqresmen Brandenstayn Azərbaycanın əlverişli strateji mövqedə yerləşdiyini və regionda əsas dövlət olduğunu bildiribdir. Konqresmen bu yaxınlarda BMT Baş Assambleyasında Ukraynanın ərazi bütövlüyü ilə bağlı qətnamə üzrə keçirilmiş səsvermədə ölkəmizin regionun bəzi dövlətlərindən fərqli olaraq birmənalı münasibət nümayiş etdirməsi və qətnamənin lehinə səs verməsini Azərbaycanın müstəqil və balanslaşdırılmış xarici siyasət yürütməsinin təzahürü olduğunu söyləyib.

Bandenstayn məhz ölkəmizin müstəqil xarici siyasəti nəticəsində regionda böyük neft-qaz və infrastruktur layihələrinin həyata keçirildiyini və Xəzər dənizinin neft-qaz resurslarının dünya bazarlarına çıxarıldığını qeyd edibdir. Bununla yanaşı, ölkəmizin Avropanın enerji təhlükəsizliyində aparıcı dövlət olduğu xüsusilə vurğulanıb. Daha sonra ölkəmizin enerji siyasətinin gələcək perspektivlərindən və qlobal enerji təhlükəsizliyinə mümkün töhfələrindən bəhs edən edən konqresmen, baş verən geopolitik dəyişikliklər kontekstində ABŞ-ın Cənubi Qafqaza strateji yanaşma tətbiq etməsininin və Azərbaycanla ikitərəfli strateji tərəfdaşlığının daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıbdır.

Bundan sonra forumda Konqresmen Brandenstaynın dəvəti ilə tədbirdə iştirak edən Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov çıxış edib.
Səfir ilkin olaraq ölkəmizin enerji siyasətinin tarixi inkişafı barədə tədbir iştirakçılarına məlumat verərək Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac kəməri və Bakı-Tbilisi-Ərzurum əsas qaz ixrac kəmərləri kimi layihələrlə Xəzərin karbohidrogen ehtiyatlarının ilk dəfə olaraq dünya bazarlarına çıxarıldığı və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində ölkəmizin aktiv rolu diqqətə çatdırıbdır.

Ölkəmizin neftlə yanaşı zəngin qaz ehtiyatlarına malik olduğunu qeyd edən diplomat Azərbaycanın son illərdə həm də etibarlı qaz təminatçısına çevrildiyini söyləmişdir. Cənubi Qafqaz Qaz Dəhlizinin reallaşdırılması və “Şahdəniz” qazının gələcəkdə Trans-Anadolu və Trans-Adriatik boru kəmərləri vasitəsi Avropaya nəqlinin Avropanın enerji təhlükəsizliyinə mümkün təsirlərinə dair fikirlərini bölüşən səfir Azərbaycanın uğurlu enerji siyasətinin ölkə rəhbərliyinin uzaqgörən strateji yanaşması və praqmatik qərarlarının nəticəsi olduğunu qeyd edib.

Eyni zamanda, çıxış zamanı ABŞ-ın regionumuzla bağlı davamlı və obyektiv yanaşmasının vacibliyi diqqətə çatdırılıb, belə yanaşmanın regionun inkişafına və ABŞ-ın özünün strateji maraqlarına xidmət etdiyi vurğulayıb. Bildirib ki, dövlətlərin ərazi bütövlüyü və suverenliyi kimi məsələlərdə ABŞ-ın birmənalı mövqe nümayiş etdirməsi regionda sülh və təhlükəsizliyin bərqərar edilməsinə töhfə olacaq.
Tədbir sual-cavab sessiyası ilə yekunlaşıbdır.

Talsa sakinlərinin böyük marağına səbəb olmuş forumda Oklahoma ştatından yüksək vəzifəli rəsmilər, universitet və akademik dairələrdən, yerli ictimaiyyətdən çoxsaylı nümayəndələr iştirak ediblər.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti, həmçinin Oklahoma ştatının qubernatoru Mari Follin (Mary Fallin), Talsa şəhərinin meri Devi Bartlet (Dewey Bartlett), Oklahoma Dövlət Universitetinin rəhbərliyi ilə görüşlər keçirmiş və ikitərəfli tərəfdaşlıq imkanlarına dair fikir mübadiləsi aparıb.

Enerji təhlükəsizliyi məsələlərinə həsr edilmiş forum və Azərbaycan nümayəndə heyətinin səfəri Oklahoma ştatının iki əsas nüfuzlu mətbu orqanı - The OklahomanTulsa World qəzetlərində geniş şəkildə işıqlandırılıb.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm