Samirə sazı ilə görün neylədi? - Video, Foto
Bizi izləyin

Tabloid.az

Samirə sazı ilə görün neylədi? - Video, Foto

Aşıq sənətində improvizə… Bax, buna deyərəm yenilik.

Publika.az-ın məlumatına görə bu yeniliyi bizlərə Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq elmi üzrə fəlsəfə doktoru Aşıq Samirə təqdim etdi. Aşıq xanım media nümayəndələri ilə görüşərək yeni layihəsini üzə çıxardı. Bu layihənin şou-bizneslə heç bir əlaqəsi yox idi.

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Simfonik Orkestrinin müşayiəti ilə üç aşıq havasını səsləndirən sənətçi, yeniliklərini "Sənətinə Aşiq Samirə" adlı diskinə toplayıb. Deydiyinə görə, "Misri", "Cəlili", "Şirvan müxəmməsi" adlı layihənin müəllifi elə Samirənin özüdür. Yaradıcı heyətə kimlər daxil idi? Əlbəttə ki, peşəkarlar - musiqi rəhbəri, tanınmış qarmon ifaçısı, əməkdar artist Etibar Qasımbəyli, səs rejissorları Vahid Talıbov, Rövşən Həsənov, quruluşçu operatoru Elmir Süleymanov, operator Cavanşir Ağayev, montajçı Elnar Həşimov daxildirlər. Orkestrin dirijoru Azad Əliyevdir. Elə tədbir də ötən ötən ay dünyasını dəyişən sənətkarın ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.

Layihə onu sübut etdi ki, həqiqətən də gərgin zəhmət bahasına başa gəlib. Bu mənada, aşıq xanımı alqışlamağa dəyər.

Onu da qeyd edək ki, Aşıq Samirə 2008-ci ildə YUNESKO-nun xətti ilə milli sənətin təbliği ili kimi qeyd olunan Fransa səhnəsində çıxış edən ilk xanım aşıqdır.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm