Dünya
Türk kapitan yunan sularında öldürüldü
Muğlanın Bodrum rayonundan suriyalı qaçaqları motorlu
qayıqla xaricə aparmağa çalışan türk kapitan yunanlar tərəfindən
vurulub.
Anspress-in xəbərinə görə, suriyalıların Yunanıstana keçməsinə
vasitəçi olan türk kapitan Yunanıstan sahil təhlükəsizlik
qayığından açılan atəş nəticəsində dünyasını dəyişib. Ölən şəxsin
isə şəxsiyyəti barədə heç bir məlumat yoxdur.
Hadisə dünən gecə baş verib. Belə ki, gecəyarısı türk kapitan 7
nəfər suriyalı qaçağı motorlu qayığına mindirərək Yunanıstana aid
İstanköy adasına keçirmək istəyərkən, bədbəxt hadisənin qurbanı
olub.
Adı açıqlanmayan türk kapitan Yunan sahil təhlükəsizlik işçiləri
tərəfindən görüldüyünü hiss edərək, qaçmağa çalışıb.
Dayanması barədə xəbərdarlıqların edilməsinə baxmayaraq, heç bir
əhəmiyyət verməyib və nəhayət açılan atəş nəticəsində ağır
yaralanıb. Yaralı kapitan xəstəxanaya çatdırılsa da, həyatını xilas
etmək mümkün olmayıb.
Suriyalı qaçaqlar isə təhlükəsizlik qüvvələri tərəfindən
saxlanılıb.
-
Magazin112:56
Xalq artistindən valideynlərə və müəllimlərə MÜRACİƏT - VİDEO
-
Ekologiya12:31
Sabaha olan hava PROQNOZU - 20 dərəcə isti
-
Cənubi Qafqaz12:01
Paşinyan Şahramanyana cavab verdi - İrəvanda “mühacir hökumət” davası
-
Hadisə11:46
Ağdərədə qumbaraatan tapıldı - FOTO
-
İdman11:06
"Qarabağ"ın futbolçusu Fransa klubu ilə anlaşdı - FOTOFAKT
-
Dünya10:56
NATO Rusiya ilə müharibəyə hazırlaşır - Bu ölkədən hücuma keçəcəklər
-
Nida Xəbər 10:30
Bu gün ilk Qədr gecəsidir
-
Magazin110:05
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO