Hansı ölkədə qadınların bərabərliyi təmin olunur?
Bizi izləyin

Dünya

Hansı ölkədə qadınların bərabərliyi təmin olunur?

Hansı ölkədə qadınların bərabərliyi təmin olunur?

Dünya İqtisadi Forumuna əsasən, İslandiya artıq beş ildir ki, ən kiçik gender boşluğuna rast gəlinən ölkədir. Gender boşluğu sosial, siyasi, intellektual, mədəni və iqtisadi amillərdən asılı olaraq qadın və kişi arasındakı fərqliliyə deyilir. Siyahıda növbəti ölkələr Norveç, İsveç və Filippindir. Bu isə o deməkdir ki, adı sadalanan ölkələrdə yaşayan qadınların səhiyyə, təhsil imkanları və ölkənin iqtisadi və siyasi sferasında iştirakı nəzərəçarpacaq dərəcədədir.

Dünya İqtisadi Forumunun təqdim etdiyi hesabata görə, Azərbaycan ümumi siyahıda 99-cu yerdə qərarlaşıb. Lakin iqtisadiyyat üzrə 72-ci, təhsil üzrə 85-ci, səhiyyə üzrə 136-cı və siyasət üzrə isə 114-cü yerləri bölüşdürür.

Çox maraqlıdır ki, Azərbaycan qonşu ölkələrlə müqayisədə böyük bir fərqliliklərə malikdir. Belə ki, ümumi siyahının 61-ci yerində qərarlaşmış Rusiya Federasiyasında iqtisadiyyat 42-ci, təhsil 36-cı, səhiyyə 34-cü və siyasət 94-cü yerdə paylaşıb. 86-cı yerdə olan Gürcüstanda isə iqtisadiyyat 64, təhsil 89, səhiyyə 126 və siyasət isə Azərbaycanla müqayisədə 97-ci yerdədir.

Ermənistan ümumi siyahının 94-cü yerində durur və iqtisadiyyat üzrə 82-ci, təhsil üzrə Azərbaycanı dəfələrlə qabaqlayaraq 29-cu yer, səhiyyə üzrə 131-ci və siyasət üzrə 115-ci yerdədir.

Digər qonşu ölkə Türkiyə isə bizdən 21 pillə geriləyərək ümumi siyahıda 120-ci yerdədir. Bu ölkə üçün indekslər belədir: iqtisadiyyat 127, təhsil 104, səhiyyə 59 və siyasət 103-cü yer.

Azərbaycanla müqayisədə qonşu ölkələrdən ən geridə qalanı İran İslam Respublikasıdır. İran ümumi siyahının 130-cu yerində qərarlaşıb. İqtisadiyyat 130, təhsil 98, səhiyyə 87 və siyasət 129-cu yerləri paylaşır.

Siyahıda ən sonuncu -136-cı yerdə isə Yəmən qərarlaşıb.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm