Londonda ev almaq istəyən azərbaycanlı müğənni
Bizi izləyin

Tabloid.az

Londonda ev almaq istəyən azərbaycanlı müğənni

Səyahəti hamı sevir. Amma səyahətə çıxmaq arzusu hər dəfə özünü doğrulda bilmir. İş həyatı, ən əsası, büdcə bəzən buna mane olur. Sənət adamlarının qastrolları çox hallarda onlara bu imkanı qazandıra bilir.

İstanbula gəlin köçən İradə İbrahimova üçün Türkiyə artıq ikinci Vətənidir. Çox ölkələr dolaşan İradə İbrahimovanın arzusunda demə, hər zaman İstanbulda yaşamaq olub. “Gəzdiyim ölkələr arasında mənə İstanbul daha dogma olub. Orada yaşamaq qismət oldu. Bundan sonra da İstanbulda yaşamaqdan doymaram. Avropanı, Amerikanı dolaşmışam. Avropadakı həyat bir başqadır. Orada insan özünü sözün əsl mənasında insan kimi hiss edir. Orada siqnal səsi eşitməməyim məni təəccübləndirmişdi” – deyən İradə xanımın arzusunu eşitdik.

Sənətçi ailə büdcəsnin imkan verdiyi təqdirdə Londonda ev almaq istədiyini bildirdi:

“Londonda evimizin olmasını istəyərəm. Orada da yaşamağa dəyər”.

Zəminə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm