Məşhur müğənnilərin bəzək əşyaları oğurlandı
Bizi izləyin

Tabloid.az

Məşhur müğənnilərin bəzək əşyaları oğurlandı

Məşhur müğənnilər Beyons və Selena Qomez də daxil olmaqla hollivud aktrisaları üçün hazırlanmış bəzək əşyaları “Margo Manhattan” zinət mağazasından oğurlanıb.

Qarətçilər bir neçə min dollar dəyərində qənimət ələ keçirib. Oğurluq əşyalar arasında Beyonsun “Blow” klipi üçün geyindiyi 2150 dollar dəyərində boyunbağı və şəxsən Selena Qomez üçün hazırlanmış, hərəsi 500 dollar qiyməti olan üzüklər olub. Bundan əlavə, qeyd olunur ki, mağazadan digər məşhurların və aktrisaların istifadə etdiyi zinət əşyaları da oğurlanıb.

Oğru mağazaya müştəri qismində daxil olub. Bu zaman mağazada yalnız menecer olub. Cinayətkar onu əl-qolunu bağlayaraq şkafda qıfıllayıb. Bundan sonra cani piştaxta və seyfdən zinət əşyalarını götürüb. Mağazaya daxil olan ikinci meneceri görən qarətçi hadisə yerindən qaça bilib.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm