Qırmızı.az
“Çağ Öyrətim”in adı dəyişdirilir - Özəl
“Çağ Öyrətim” İşlətmələri şirkətinin adı dəyişdirilir.
Bu barədə şirkətin adının açıqlanmasının istəməyən əməkdaşı Publika.Az –a məlumat verib. Onun sözlərinə görə, Rəcəp Tayyip Ərdoğanın Bakıya səfərindən sonra nurçuların vəziyyəti çətinləşib: “Bu dalğadan qurtulmağın tək yolu “Çağ Öyrətim”in adının dəyişdirilməsi olduğuna qərar verilib. Yeni adın nə olacağı hələ dəqiqləşməyib. Yaxın günlərdə bununla bağlı qərar ictimaiyyətə məlumata veriləcək”.
Şirkətin əməkdaşı qeyd edib ki, bu istəyi hökumət də isti
qarşılayıb.
“Çünki bildiyiniz kimi şirkət Beynəlxalq Təhsil Mərkəzi ilə
əməkdaşlıq edir. Bu mərkəzlə bağlı Azərbaycanın planları genişdir,
bu baxımdan hər şeyi kəsib atmağı düşünmürlər. Ad dəyişikliyinə
getməklə bunu müəyyən qədər proseslərdən kənar tutmağa
çalışırlar”-deyə universitet əməkdaşı məlumat verib.
Məsələ ilə bağlı “Çağ Öyrətim”in mətbuat xidmətindən bildirdilər
ki, təhsil mərkəzi Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi
adlandırılır: “Bu da indi deyil bir müddət əvvəl belə olub. Bunun
hansısa məsələ ilə əlaqəsi yoxdur. Daha geniş məlumat üçünsə yazılı
formada müraciət edə bilərsiniz”.
Qeyd edək ki, bu şirkət 15 ildən artıqdır ki, Azərbaycanda
fəaliyyət göstərir.
Asif
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23 Aprel 23:12
Şoyqunun müavini SAXLANILDI - Külli miqdarda rüşvət alıb
-
İdman23 Aprel 22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir
-
Dünya23 Aprel 21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO