Nazirimizin keçmiş gəlininin fransız dəbdəbəsi - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Nazirimizin keçmiş gəlininin fransız dəbdəbəsi - FOTOLAR

Buro 24/7 saytı Sənaye və Energetika naziri Natiq Əliyevin keçmiş gəlini Sara Əliyeva haqqında yazı dərc edib. Publika.Az həmin yazını təqdim edir:

Buro 24/7 oxucuları Azərbaycanın populyar və dəbli xanımlarının geyim seçimi ilə tanış edəcək yeni Up Close & Stylish layihəsini buraxır. Bu layihə nümayiş olunan obrazın stilini öyrənmək və detallarını nəzərdə keçirmək imkanı verəcək. İlk qəhrəmanımız eleqant stilə və fransız brendi Lanvin-in biçiminə üstünlük verən dizayner Sara Əliyevadır.

Bakıda Lanvin butikində təqdim olunan kolleksiya Saraya 2 dəbdəbəli obraz yaratmağa kömək edib. Kokteyl obrazı üçün dizayner mövsümün populyar rəngi olan mərcan çalarlı uzun ətək və kvadrat formalı böyük bəzək əşyaları ilə uyğunlaşdırdığı topu seçib. Hər mövsüm brendin kolleksiyalarında unikal bəzək əşyaları da yer alır. İpək qara lentdə qızıl örtüklü zənciri - böyük kristallarla bəzədilmiş kvadrat formalı kulon tamamlayır. Bu aksesuar istənilən geyimi bəzəyəcək və ətrafdakıların diqqətini sizin üzərinizə çəkəcək.

Up Close & Stylish: Sara Əliyeva Lanvin geyimində

Lanvin brendini yada salarkən ağıla fransız nəfisliyi və incəliyi gəlir. Bu səbəbdən Sara obrazını qum rəngli təbii dəridən olan və zəncir bantla bəzədilmiş Lanvin Happy çantasıyla uyğunlaşdırıb. Lanvin-in kreativ direktoru Alber Elbaz həm gündəlik, həm də gecə çıxışları üçün ideal olan universal model yaradıb.

Up Close & Stylish: Sara Əliyeva Lanvin geyimində

Gecə obrazı üçün Saranın seçimi Lanvin moda nümayişindəki metallaşdırılmış parçadan libasdır. Bu obraz sırğalar, geyim rənginə uyğun qolbaq və piton dərisindən olan uzun zəncirli çanta ilə tamamlanıb.

Up Close & Stylish: Sara Əliyeva Lanvin geyimində

Up Close & Stylish: Sara Əliyeva Lanvin geyimində

Əminliklə deyə bilərik ki, Lanvin brendi qəhrəmanımızın stilini tamamilə əks etdirib. Dəbdəbəli parçalar və ideal biçim obrazın individuallığını vurğulayır.

Hər mövsüm Alber Elbaz sanki xanımların bütün istəklərindən xəbərdarmış kimi, onların üstünlüklərini vurğulayan geyimlər təqdim edir. Yaz-yay mövsümündə isə dizayner böyük aksessuarları "metallaşdırılmış" parçalarla uyğunlaşdırmağı təklif edir. Lanvin brendinin son kolleksiyaları ilə Rəsul Rza, 3a ünvanında yerləşən Lanvin monobrend butikində tanış ola bilərsiniz.

Up Close & Stylish: Sara Əliyeva Lanvin geyimində

Up Close & Stylish: Sara Əliyeva Lanvin geyimində

Up Close & Stylish: Sara Əliyeva Lanvin geyimində



Mənbə:http://www.buro247.az/fashion/buro-secir/up-close-stylish-sara-liyeva-lanvin-geyimind.html

Oxumağa davam et
Reklam
Reklam

Gündəm