Prezidentliyə namizəd 12 il həbs cəzası ala bilər
Bizi izləyin

Dünya

Prezidentliyə namizəd 12 il həbs cəzası ala bilər

Prezidentliyə namizəd 12 il həbs cəzası ala bilər

Ukraynanın Luqansk vilayəti prokurorluğu prezidentliyə namizədi Oleq Tsarev barəsində cinayət işi qaldırıb.

Publika.Az – ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, prokurorluğun mətbuat xidməti prezidentliyə namizədin Luqansk vilayətində separatizmə dəstək xarakterli çıxışlar etdiyini bildirib.

Dünən isə Kiyev şəhər prokurorluğunda prezidentliyə namizədə Cinayət Məcəlləsinin 110-cu maddəsi (Ukraynanın dövlət suverenliyini və ərazi bütövlüyünə qəsd) ilə cinayət işi qaldırılıb.

Ukrayna Cinayət Məcəlləsinə əsasən, bu maddə ilə günahı sübuta yetirilən şəxs 12 ilə qədər azadlıqdan məhrum edilə bilər. Bu ayın əvvəlində Ukrayna Ali Radası separatizm fəaliyyətinə görə cinayət məsuliyyətini daha da sərtləşdirib. Dəyişiklikləri prezident səlahiyyətlərini icra edən Aleksandr Turçinov hələ imzalamayıb.

O.Tsarev 2 İyun 1970-ci ildə Dnepropetrovskda anadan olub. Dörd dəfə Ali Radaya seçilib. 2005-2010-cu illərdə Regionlar Partiyasının Dneprepetrovsk vilayət təşkilatının sədri olub. 2011-ci ildən Ukrayna Antifaşist Forumunun sədridir. 2012-ci ilin may ayından 2014-cü il yanvar ayına kimi Ukrayna baş naziri Nikolay Azarovun məsləhətçisi olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm