İlham Rəhimov: "Rəbiyyət xanıma və övladlarına həmişə böyük hörmətim olub"
Bizi izləyin

Qırmızı.az

İlham Rəhimov: "Rəbiyyət xanıma və övladlarına həmişə böyük hörmətim olub"

Xeyriyyəçi iş adamı professor İlham Rəhimovun haqqında son vaxtlar ölkə mediasında çoxsayı və “qara piar” xarakterli yazılar gedir. Lakin bu yazılara professorun özü və mətbuat xidməti tərəfində heç bir reaksiya verilmir. “Yeni Müsavat”ın müxbiri İ. Rəhimovla əlaqə saxlaya bilib. İlk əvvəl israrla bu barədə danışmaq istəməyən İlham Rəhimov nəhayət sualımızı cavablandırıb:



- Bəzi KİV-lərdə Sizə qarşı “diqqət” artıb. Buna münasibətiniz necədir?

- Hazırda xaricdəyəm. Bir də mən müəllifi bəlli olan yazılara cavab verirəm, anonimlərə yox. İnsanları qaralamaq, yeri gəldi-gəlmədi böhtan və yalanla rəngləmək tarixən mövcud olub. Bu yazılar da o qəbildəndir. Məsələn, Milli Məclisin deputatı, professor Rəbiyyət xanım Aslanova haqqında deyilən fikirlər. Rəbiyyət xanım cəmiyyətimizdə kifayət qədər tanınmış, ziyalı bir xanımdır. Uzun illərdir tanıyıram, ona və övladlarına həmişə böyük hörmətim olub, indi də var... Belə xırda-xuruş, primitiv proseslərdən iyrənmək lazım deyil, onları səbirlə aradan qaldırmaq lazımdır. Həyat davam edir, biz hamımız bir-birimizi tanıyırıq. Bəzilərinin subyektiv fikirlərinin anonim olaraq ifadə etməsindən asılı olmayaraq onların ünvanı təxminən bilinir. İnsan ömrü bir karvan yoludur, o karvan hərəkətdədir. O ki, qaldı dediyiniz yazılar, anidir, onlar karvanın gedişinə mane ola bilməz.

Hazırda kitablarımın başqa dillərə tərcümə edilib çap olunması ilə məşğulam. Bu yaxınlarda üç dildə, Ankarada türk dilində, Londonda ingilis dilində və Bakıda Azərbaycan dilində çap ediləcək və onların təqdimatı keçiriləcək. Bir də Moskva şəhərində Avropada ən böyük hesab olunan ticarət mərkəzinin tikintisini yekunlaşdırırıq, vaxtımın əsas hissəsini bu proyektləri başa çatdırmağa sərf edirəm.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm