Çantaların forması onun sahibəsi haqqında çox şey deyir...
Bizi izləyin

Qadın

Çantaların forması onun sahibəsi haqqında çox şey deyir...

Qadın çantası hər bir xanımın geyiminin əsas atributudur. Müxtəlif rənglərdə, ölçülərdə, quruluşda olan çantalar göz oxşayır. Qadını çantasız təsəvvür etmək çox çətindir. Qadın çantalarına nələr-nələr yerləşmir! Hamısını sadalamaq mümkün deyil. Lakin qadınlar çanta alarkən bir neçə məqamı nəzərə almalıdır. Hər zaman özünə uyğun çanta seçmək heç də asan olmur. Onların müxtəlifliyi üzündən insan çaşıb qalır. Hər kəsin müxtəlif seçimi var. Kimi rənginə, ölçüsünə, qiymətinə görə alır. Kimi isə sadəcə, xoşu gəldiyi üçün. Çanta nə qədər rəngli və orijinal olarsa, bir o qədər dəbdən tez düşər. Eyni zamanda çantanın sizə nəyə görə lazım olduğuna qərar verin. Rəngini, ölçüsünü, keyfiyyətini nəzərə alın. Yaxşı olar ki, sizin aldığınız çanta qarderobunuza uyğun gəlsin. Əgər siz alacağınız çantanı nə ilə geyinməyinizə dəqiq qərar verməmisinizsə, onda yaxşı olar ki, neytral rənglərə üstünlük verəsiniz (ətrəngi, qara və ya ağ). Klassik variantda çanta ilə ayaqqabının rəngi uyğun gəlməlidir, amma indi artıq buna riayət etmək vacib deyil. Çanta seçərkən əsas bir şeyi yadınızda saxlayın - çantanı görən kimi aşiq olmalısan.

Dəbdə olan çantalar sahibəsinin dəblə ayaqlaşdığından xəbər verir.

Böyük çanta - sahibəsinin işgüzar xanım olmağından xəbər verir. Deməli o, gün ərzində bir çox işi yerinə yetirməyə tələsir. Böyük ölçülü çantalar işgüzar və dünyagörüşü geniş olan xanımların seçimidir. İçində çox bölmələri olan çantalar rahat açılıb bağlanır.

Əgər çanta balacadırsa - deməli, onun sahibəsi hər işdə səliqəni sevir. Zərif çantaları əsasən özünə fikir verən xanımlar daşıyır. İşə getsələr də əsas vaxtlarını boş söhbətlərə sərf edirlər.

Klatç - Qulpsuz balaca çantaya üstünlük verən xanımlar təşkilatçılığı sevən və təmkinli olurlar. Həm iş yerində, həm də gəzməyə gedərkən yüngül geyimləri və hündür daban ayaqqabılar geyinməyi xoşlayırlar. Hər şeyi əvvəlcədən planlaşdırır və nəyə ehtiyacı olduğunu yaxşı bilirlər. Kiçik çantaları istifadə etməyinizin səbəbi də budur. Siz bir moda bloqunun sahibi ola bilərsiniz.

Kürək çantası - Ya tələbəsiniz, ya da 20 yaşlarda özünü təsdiqləməyə çalışın bir tipsiniz. Ən son trendlərə əməl etməyi bacarırsınız. Moda haqqında anlayışınız çox yüksəkdir. Risk etmək sizin təbiətinizdə var, başqalarının nə fikirləşdiyi sizin vecinizə də deyil.

Bohem çantalar - Həyatı öz axarına buraxmısınız, rahat qızsınız. Həyatınızı özünüz idarə edirsiniz, əmr almağı xoşlamırsınız. Buna görə də azad çantaya ehtiyac duyursunuz.

Çarpaz taxılan çantalar - Siz “az, çoxdur” deyən tiplərdənsiniz. Həyatda ən adi şeylərin qiymətini bilirsiniz. Bütün kosmetikalarınızı çantaya sığışdırmağa çalışmırsınız. Təkcə telefon və pul qabına ehtiyac duyursunuz. Gəzməyə həvəskar birisiniz.

Çiyinə taxılan çantalar - Ciddi insanlarla ünsiyyətə meyllisiniz. İşinizə çox məsuliyyətlə yanaşırsınız. Klassik stil anlayışınız qüsursuz qadın qarderobunuzda da əks olunur.

Çantalar üçün ən çox istifadə olunan parça dəridir. Dəri çantalar təmiz dəridən və ya dərini əvəz edən materialdan tikilir. Çantalar bəzən pulcuqlarla bəzədilmiş, müxtəlif əl işi ilə işlənmiş, bəzən də sadə olurlar. Bir qədər çantanın içinə nəzər salaq və əşyalara görə sahibəsinin xasiyyətini müəyyən edək.

Qarışıq xaos - Belə çantada ən vacib əşyalar dibdə olur. Qeyd dəftəri və ya gediş biletini tapmaq üçün bu çantanın sahibəsi çantanın içindəkilərini boşaltmalı olur. Dəqiq demək olar ki, bu qadın “problem deyil” şüarı ilə yaşayır. Asan tanış olub, asan ayrılan bu xanımları heç bir işdə tələsdirmək olmaz. Çünki bu, onları özlərindən çıxarda bilər.

Nümunəvi səliqə-səhman - Bu çantada, əksinə olaraq, hər əşyanın öz yeri var. Belə qadın aktiv və etibarlıdır. Onlar həyatda da hər şeyin yerini bilən, özlərindən əmin xanımlardır. Təşkilatçılıq qabiliyyətləri yüksək səviyyədədir.

Çoxlu cibi olan çantalar - Burada çoxdan istifadə olunmuş kino, teatr biletləri, reseptlər, düymə, məktub və fotoşəkillər tapmaq olar. Bu çantanın sahibəsi xəyalpərəst olur, həyati məsələlərdə praktik olmurlar.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm