AXCP Əli Kərimliyə görə cavab verdi: “Bu, xəbislikdir”
Bizi izləyin

Nida.az

AXCP Əli Kərimliyə görə cavab verdi: “Bu, xəbislikdir”

AXCP Əli Kərimliyə görə cavab verdi: “Bu, xəbislikdir”

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Əli Kərimlini Ukrayna ilə bağlı fikirlərinə görə, tənqid edən Müsavata, REAL-a və digərlərinə cavab verib.

Publika.Az xəbər verir ki, biri doğru bir fikir söyləyir, dediyinin həqiqət olduğu az zaman içində təsdiqlənir və hamı da bunu görür: “Ancaq deyilən fikir və doğruluğu sübut olunan məntiq qalır bir tərəfdə, deyirlər ki, sən indi filankəslərdən ağıllımı çıxdın ki, belə danışırsan. Halbuki bir avropalı belə halda doğru fikir söyləyəni təqdir edər, şəxsə deyil, həqiqətə münasibətinə görə fikir bildirər”. Onun fikrincə, bir çox faciələrimizin kökü də məhz zaman -zaman həqiqəti şəxsi münasibət və iddialara qurban verməyimiz olub.

“Ona görə də özünüzü içinizdəki xəbislikdən azad edin”-deyə o bildirib.
Qeyd edək ki, Əli Kərimlinin Ukrayna inqilabçılarının qətiyyətsizlikdə günahlandırması və sonradan cəbhəçilərin Ukrayna baş verənlərin öncədən sədrləri tərəfindən deyildiyini iddia etməsi, hətta “Əli Kərimliyə qulaq assaydılar Krımı itirməzdilər” kimi fikirlər səsləndirmələri sosial şəbəkələrdə böyük rezonans doğurub. Bunu gülüş obyektin çevirənlər də olub.

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə bildirib ki, Azərbaycanda oturub məlumatlı olmadan Ukrayna hadisələrini şərh etmək doğru deyil.
Müsavatın digər yetkinlisi Gülağa Aslanlı isə Ə. Kərimlinin fikirlərini absurd adlandırmışdı.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm