Nazir: “Beynəlxalq ictimaiyyət münaqişənin həllində prinsipial mövqe nümayiş etdirməlidir”
Bizi izləyin

Qırmızı.az

Nazir: “Beynəlxalq ictimaiyyət münaqişənin həllində prinsipial mövqe nümayiş etdirməlidir”

Nazir: “Beynəlxalq ictimaiyyət münaqişənin həllində daha prinsipial mövqe nümayiş etdirməlidir”

Bu gün Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Monteneqro parlamentinin sədri, ATƏT Parlament Assambleyasının prezidenti Ranko Krivokapiç ilə görüşüb.

Publika.Az – a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunmuş və parlament diplomatiyasının əhəmiyyəti vurğulanıb.

E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesi haqda qarşı tərəfə ətraflı məlumat verib və Azərbaycanın münaqişənin beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq həllinin tərəfdarı olduğunu qeyd edib. Həmçinin o, beynəlxalq təşkilatlar tərəfindən münaqişənin həlli ilə bağlı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və Ermənistanın işğalçı siyasətini pisləyən qətnamələrin qəbul olunmasına baxmayaraq, Ermənistan tərəfindən onların icra olunmadığını bildirib. Azərbaycanın xarici işlər naziri beynəlxalq ictimaiyyətin münaqişənin həllində daha qətiyyətli və prinsipial mövqe nümayiş etdirməsinin vacibliyini vurğulayıb.

Həmçinin görüş zamanı qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm