Bu gün Bakıda 27 dərəcə isti olacaq
Bizi izləyin

Qırmızı.az

Bu gün Bakıda 27 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Temperatur gecə 7-11°, gündüz 20-25°, bəzi yerlərdə 27° isti, Bakıda gecə 8-10°, gündüz 23-25° isti olacaq.

Atmosfer təzyiqi 766 mm civə sütunundan 763 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-80, gündüz 40-50 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.

Temperaturun gecə 7-12°, gündüz 20-25° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var.

Temperaturun gecə 2-7°, gündüz 11-16°, bəzi yerlərdə 19° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq.

Temperaturun gecə 7-12°, gündüz 20-25° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var.

Temperaturun gecə 7-12°, gündüz 18-23° isti, dağlarda gecə 2-7°, gündüz 7-12° isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.

Temperaturun gecə 7-12°, gündüz 20-25°, bəzi yerlərdə 27° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.

Temperaturun gecə 8-11°, gündüz 18-23°, bəzi yerlərdə 25° isti, dağlarda gecə 5-10°, gündüz 12-17° isti olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm