Əli Abbasov mobil operatorlara xəbərdarlıq etdi
Bizi izləyin

Texnoloji

Əli Abbasov mobil operatorlara xəbərdarlıq etdi

“Nömrələrin daşınması çoxdan gözlənilən proses idi. Artıq bu proses uğurla həyata keçirilir, problem yoxdur və aktivlik get-gedə artmaqdadır”.

Publika.Az-ın məlumatına görə, bu sözləri Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov jurnalistlərə açıqlamasında deyib.

Nazir həmçinin nömrə daşınmasının qiymətlərin ucuzlaşmasına təsirinə də toxunub:

“Nömrə daşınması mobil operatorlar arasında rəqabət mühitini aktivləşdirir. Bunun nəticəsi bir müddət sonra hiss ediləcək”.

Nazir onu da əlavə edib ki, qiymətlərin aşağı salınması üçün başqa bir addım da atılıb:


“Bu ilin əvvəlindən mobil operatorlar arasındakı trafik mübadiləsinin aşağı salınması üzrə qərar qəbul edilib. Bu da müştəriyə verilən son xidmətlərdə öz təsirini göstərəcək. Təəssüf ki, hələ üç operator da buna razılıq verməyib. Hesab edirik ki, onlar bu barədə razılığa gəlməlidirlər. Çünki bu məsələ Tarif Şurası tərəfindən müəyyən edilib, Nazirlər Kabinetinin bu istiqamətdə qəbul etdiyi qərarlara uyğun aparılır. Onlar bu barədə razılığa gəlməsə, biz qanuni bazadan istifadə edəcəyik. Onları məcbur edəcəyik ki, mobil operatorlar arası trafik bizim qəbul etdiyimiz qaydalara uyğunlaşsın. Bu da qiymətlərin aşağı düşməsinə təsir edəcək”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm