İstanbuldakı baş konsulumuz: “Nurçularla bağlı yeni siyahı hazırlamamışıq” - Özəl
Bizi izləyin

Nida.az

İstanbuldakı baş konsulumuz: “Nurçularla bağlı yeni siyahı hazırlamamışıq” - Özəl

İstanbuldakı baş konsulumuz: “Nurçularla bağlı yeni siyahı hazırlamamışıq”-Özəl

Bu barədə Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov Publika.Az-a eksklüziv açıqlamasında Azərbaycandakı nurçularla bağlı yeni siyahıların olduğuna dair xəbərlərə münasibət bildirərkən deyib.

Baş konsul bildirib ki, bu işlə aidiyyəti orqanlar məşğul olur: “Orda nə baş verdiyini deyə bilmərəm, amma bizim işimi konsulluq məsələləridir. Bu xəbərlər həqiqəti əks etdirmir”.

H. Zeynalov qeyd edib ki, onlar hər-hansı məlumatları lazımi ünvanlara çatdırır.
“Yazışmalarımız, sorğularımız da mətbuat üçün deyil. Hazırda nurçularla bağlı hansısa siyahı yoxdur. Yalnız bunu deyə bilərəm”-deyə baş konsul bildirib.

Qeyd edək ki, Azərbaycanda nurçuların dövlət strukturlarına sızması xəbəri yayılan zaman onların adlarının olduğu siyahının Türkiyədən baş konsulluq tərəfindən rəsmi Bakıya göndərildiyi xəbəri yayılmışdı. SAM direktoru Fərhad Məmmədov da Həsən Zeynalovun adının çəkmişdi.
H. Zeynalov o zaman bildirmişdi ki, bu məsələlər olub.

“Amma mən nəyi lazım bilirəmsə, onu da yazıb bildirirəm. Burda nə olursa, xüsusilə bizi narahat edən məsələlər strukturlarımız vasitəsilə lazımi orqanlara çatdırılır. Bu məsələlər də olub. Ümumiyyətlə, tək bu, deyil, digər bütün məsələlər bizim diqqətimizdədir və hər biri üzrə fikirlərimizi bildiririk. Bizim yazdığımız bütün fikirlər də müzakirə edilir, rəylər bildirilir. Amma mən heç nəyi mətbuatda həll etmirəm və bu məsələlərin mətbuata çıxarılmasının əleyhinəyəm”-deyə o qeyd etmişdi (http://publika.az/p/9056).

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm