Suriya müxalifəti bu silahı da əldə etdi
Bizi izləyin

Dünya

Suriya müxalifəti bu silahı da əldə etdi

Suriya müxalifəti bu silahı da əldə etdi

Suriya müxalifətinin silahlandırılması ilə bağlı bir çox qadağaların olmasına baxmayaraq, internetdə onların ən yeni silahlarla təhciz edildiyini göstərən görüntülər yayılıb.

Publika.Az – ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Türkiyənin də dəstəklədiyi Suriya Azad Ordusunun yüksək rütbəli liderlərindən olan Salim İdrisə yaxınlığı ilə tanınan “Hazm” hərəkatı ABŞ istehsalı olan tankvuran “TOW” raketləri əldə edə bilib.

Sözügedən silahların “Hazm” hərəkatının əlinə keçməsini göstərən görüntülər “YouTube” vasitəsilə yayılıb. Raketlərin müxalifətin əlinə necə keçdiyi məlum deyil. Amma daha çox Səudiyyə Ərəbistanı üzərində dayanılır. ABŞ-ın istehsal etdiyi tankvuran raketlərin alıcıları arasında Türkiyə və Səudiyyə Ərəbistanı ilə yanaşı təxminən 40 ölkə var. Raketlərin başqa bir ölkəyə satılması da qadağa edilib.

Salin İdrisə bağlı olan Ali Hərbi Şura ABŞ Konqresinin qərarına uyğun olaraq bu ölkədən silah alan yeganə müxalif qrup statusundadır. “TOW” raketlərini üçüncü bir ölkəyə çatdırılmasına icazə verməyən ABŞ-ın bu silahların Suriya müxalifətinə verilməsindən xəbərsiz olduğu da güman edilmir.

İddialara görə, ABŞ prezidenti Barak Obama mart ayının sonunda Səudiyyə Ərəbistanına etdiyi səfərində Suriya müxalifətinə tankvuran raketlərin çatdırılması ilə bağlı Kral Abdullahla razılıq əldə edib. Raketlərin “Hazm” hərəkatının əlinə keçməsini göstərən videolar bu görüşdən dörd gün sonra internetə yüklənilib.

Səudiyyə Ərəbistanı ötən ilin dekabrında 15 min “TOW” raketi almaq üçün ABŞ-la razılaşma əldə edib.

“TOW” raketləri “tank qatili” olaraq tanınır. Bu silahların müxalifətin əlinə keçməsindən sonra müxalifət-rejim qarşıdurmasında az da olsa tarazlıq yaranacağı proqnozlaşdırılır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm