«Start a Fire» mahnısı azərbaycan dilində səslənəcək
Bizi izləyin

Tabloid.az

«Start a Fire» mahnısı azərbaycan dilində səslənəcək

«Start a Fire» mahnısı azərbaycan dilində səslənəcək!

Azərbaycanın Eurovision-2014 təmsilçisi Dilarə Kazımova səbirsizliklə gözlənilən Start a Fire müsabiqə mahnısının doğma dilində versiyasını təqdim etdi.

Azərbaycan versiyasının adı “Bir qığılcım”-dır. Dilarə belə bir versiyanın yaranmasını mahnını ilk dəfə eşitdiyi andan arzulamışdı.

«Start a Fire dərin mənalı bir mahnıdır. Onun süjeti mənə və mənim ölkəmə çox yaxındır. Mən mahnının doğma dilimə tərcümə olunmasını səbirsizliklə gözləyirdim”, - deyə, Dilarə bildirir.

Dilarə Kazımova “Start a Fire” mahnısını 8-ci nömrə altında “Eurovision” müsabiqəsinin Birinci Yarımfinalında may ayının 6-da 2014-cü ildə Kopenhagendə təqdim edəcək.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm