14 yaşlı qızlar "Facebook"da status yazıb, özlərini suya atdılar
Bizi izləyin

Qırmızı.az

14 yaşlı qızlar "Facebook"da status yazıb, özlərini suya atdılar

Türkiyədə 14 yaşlı iki qız özünü su kanalına atıb.



8-ci sinif şagirdləri N.F. ilə E.Ç. "Şad deyilik!" yazıb mesaj buraxaraq, içərisində dəftər və kitabların olduğu məktəb çantaları ilə gödəkçələrini, sonra da özlərini suvarma kanalına atıblar. Suda çırpınan qızları görən ətrafdakılar E.Ç.-ni köprünün yaxınlığında sudan çıxarmağa macal tapıblar. Axar suda çırpınan N.F. isə qısa zamanda gözdən itib və onu xilas etmək mümkün olmayıb.



Xilas edilən E.Ç təcili yardımla xəstəxanaya yerləşdirib. Onun vəziyyətinin yaxşı olduğu bildirilir. N.F-nin cəsədi isə dalğıclar tərəfindən axtarılsa da bir nəticə verməyib.



Bu arada xəstəxanada müalicəsi davam edən E.Ç.-nin Facebook səhifəsində "Sən hər zaman xoşbəxt ol Yusifim", "Ölüm xəbərimi aldığında sevinəcək insanlar var", "Səhər yuxusu kimi kimi sevə biləcəyim biri lazımdı mənə" statusları yazdığı bəlli olur. Sularda itib-batan N.F.-nin Facebook səhifəsində isə hadisədən bir neçə dəqiqə əvvəl "Varlığımla tərbiyə olmayanı, yoxluğumla tərbiyə edirəm" statusu yazıb./Anspress

Oxumağa davam et
Reklam
Reklam

Gündəm