BAXCP: “Partiyalararası əməkdaşlıqla bütün maneələrə sinə gələ bilərik”
Bizi izləyin

Nida.az

BAXCP: “Partiyalararası əməkdaşlıqla bütün maneələrə sinə gələ bilərik”

BAXCP: “Partiyalararası əməkdaşlıqla bütün maneələrə sinə gələ bilərik”

“Hakim Yeni Azərbaycan Partiyasının partiyalararası əlaqələr və dialoq komissiyasının parlamentdə təmsil olunan müxalifət partiyaları ilə görüş keçirilməsini çox müsbət addım kimi qiymətləndirəm”.

Bu barədə BAXCP sədrinin ictimai-siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı Publika.Az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bu addım cəmiyyətdə birmənalı olaraq təqdir edilir və müsbət qarşılanır: “Ölkəmizin inkişafı və demokratik ənənələrin möhkəmlənməsində partiyalararası münasibətlərin qurulması həm də vacib əhəmiyyət daşıyır. Bu ölkənin irəli aparılmasında partiyaların rolunun artırılması olduqca vacib amildir. Ölkəmizin daha da sürətli inkişafı cəmiyyətdə partiyaların önə çıxarılmasını və dialoqu biz BAXCP olaraq daim dəstəkləmişik. İnanıram ki, bu tendensiya davam edəcək. Bununla biz cəmiyyət olaraq bütün maneələrə sinə gələ bilərik. Ölkənin milli maraqlarından tutmuş bütün problemləri birgə qorunmalıdır və bunlar da birbaşa dialoqdan, birgə əməkdaşlıqdan keçir. Həm də nəzər almaq lazımdır ki, YAP partiyalararası əlaqələr və dialoq komissiyasının rəhbəri hörmətli Əli Həsənov Prezident Administrasiyasının ictimai və siyasi məsələlər üzrə rəhbəridir. Əli müəllim də görüşün vacib olduğunu bildirib”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm