Qırmızı.az
Bakıda uşaq xəstəliklərinə dair beynəlxalq konfrans keçirilir
Bu gün Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasında “Pediatriyanın aktual problemləri”nə həsr olunmuş elmi-praktik konfrans və seminar işinə başlayıb.
Publika.Az-ın məlumatına görə, tədbir Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti (ATU) və Azərbaycan Pediatriya Assosiasiyasının təşkilatçılığı ilə baş tutur.
Konfransın açılışında ATU-nun rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov çıxış edərək konfransın işinə uğurlar arzulayıb. Daha sonra seminarda amerikalı mütəxəssislər, professorlar Susan Vear, Cim Varpinski Tədris-Terapevtik Klinikanın direktoru, professor Surxay Musayev uşaqlarda talassemiya, astma və allergiya xəstəlikləri ilə bağlı məruzələr söyləyiblər. Konfransda həmçininrespublikamızın tanınmış pediatrları, Səhiyyə Nazirliyinin mütəxəssisləri, ATU-nun professorları Hüseyn Qabulov, Amalya Əyyubova, Zemfira Mirzəyeva və digərləri Azərbaycanda uşaq xəstəliklərinin aktuallığına dair çıxış ediblər.
Konfransda çıxış edənlər ölkəmizdə pediatriya sahəsində əldə olunmuş nailiyyətlərdən danışıblar. Ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasının dövlətin sosial yönümlü siyasətinin əsas prioritet istiqamətlərindən biri olduğu vurğulanıb.
Aprelin 19-dək davam edəcək konfransda mövzu üzrə elmi məruzələr dinləniləcək və müzakirələr aparılacaq.
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom