Məşhur məşqçi şərab satacaq
Bizi izləyin

İdman

Məşhur məşqçi şərab satacaq

Məşhur məşqçi şərab satacaq

“Mançester Yunayted"in sabiq baş məşqçisi Aleks Ferqyusson maraqlı addım atıb. Publika.az xəbər verir ki, o, şəxsi şərab kolleksiyasını auksiona çıxarmaq qərarına gəlib.

5000-ə yaxın şərab şüşəsi London və Honkonqda auksiona qoyulacaq. Onlardan 3 milyon funt sterlinqə yaxın mənfəət əldə etmək planlaşdırılır. Alqı-satqı 3 mərhələdən ibarət olacaq. Kolleksiyanın 60 faizi mayın 24-də satılacaq, 30 faiz iyunda auksiona çıxarılacaq. Daha 10 faizi isə internetdə satmaq planlaşdırılır. Ferqyusson məsələ barəsində bunları deyib: “Çaxır futboldan sonra mənim ilk ehtirasıma çevrilib. Futbol məşqçisi işləyən zaman yaşadığın stressdən qurtulmaq üçün nəyəsə marağın olmalıdı”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm