Vasif Məhərrəmli efirdə əsəblərinə hakim ola bilmədi
Bizi izləyin

Tabloid.az

Vasif Məhərrəmli efirdə əsəblərinə hakim ola bilmədi

Müğənni Vasif Məhərrəmli efirdə əsəbiləşib.

Publika.az-ın məlumatına görə, müğənninin qəzəblənməsinə səbəb psixoloq Xatirə Səfərovanın tibbi terminlərlə danışması olub. Belə ki, Space-nin efirində qonaq olan müğənni özünü ələ ala bilməyib: “Loru dildə danışın, camaat da bir şey başa düşsün. Tibbi terminlərlə danışıb özünüzü çox bilən kimi göstərməyin. Buna qalsa, özüm elə terminlə danışaram, heç biriniz heç nə anlaya bilməzsiniz. O, psixoloq xromosomlardan başqa nə bilir ki, nə də danışa?”

Psixoloq xanım isə Vasifdən fərqli olaraq əsəblərini korlamayıb: “Mən yalnız xromosomları bilmirəm, çox şey bilirəm. Belə olmasaydı, Avropa Şurasına gedib çıxa bilməzdim”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm