Polkovnik: “Qarabağı iki günə azad edərik”
Bizi izləyin

Nida.az

Polkovnik: “Qarabağı iki günə azad edərik”

Polkovnik: “Qarabağı iki günə azad edərik”

“Zabitlərin, əsgərlərin məişət həyatı nə qədər yaxşı olarsa bu döyüş hazırlığına bir o qədər müsbət təsir göstərər”.

Bu barədə ehtiyatda olan polkovnik Əzizağa Qənizadə Publika.Az-a açıqlamasında Prezident İlham Əliyevin Nazirlər Kabinetinin sonuncu iclasında ordu quruculuğu istiqamətində işlərin davam etdiriləcəyi barədə dediklərinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, hərbi hissələrin yaxşı vəziyyətdə olması hərbi qulluqçuları qayğılardan xilas edəcək: “Eyni zamanda hərbi qabiliyyəti yüksəldəcək. Əsgər başqa şey haqqında düşünməyəcək. Çünki məişət problemi olmayanda hədəflərə doğru daha yaxşı addımlamaq olur”.

Polkovnik qeyd edib ki, bu gün Azərbaycan ordusuna diqqət yüksək səviyyədədir: “Əgər ordu zəifdirsə deməli dövlət də zəifdir. Ordu güclü olduğu halda digər işləri daha yaxşı görmək mümkündür. Bu gün Azərbaycan ordusu regionda ən güclü ordulardandır. Bu da dövlətin diqqəti nəticəsində bu səviyyəyə yüksəlib. Nəzərə alsaq ki, biz müharibə vəziyyətindəyik, o zaman ordu quruculuğu birinci planda olmalıdır. Hesab edirəm ki, Azərbaycan ordusu xeyli güclənib. Müqayisə aparsaq, ordumuz Qarabağı iki günə azad edə bilər”.

Qeyd edək ki, Prezident İlham Əliyev məlum çıxışında ordu quruculuğu ilə bağlı bunları deyib: “Bizim ordu quruculuğu ilə bağlı böyük proqramlarımız vardır. Hərbi Dəniz Qüvvələri bazası tikilir. Digər hərbi şəhərciklərdə tikinti-quraşdırma işləri aparılır. Bütün şəhərciklərdə, hərbi hissələrdə, hərbi bazalarımızda ən yüksək standartlar tətbiq edilir. Bizim zabitlərimiz, əsgərlərimiz yaxşı şəraitdə xidmət göstərməlidirlər. Yaxın illərdə bir dənə də köhnə, dağılmış, qəzalı vəziyyətdə hərbi hissə, yaxud da ki, tikili olmayacaqdır”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm