Millət vəkili xəstəyə yardım etdi
Bizi izləyin

Digər

Millət vəkili xəstəyə yardım etdi

Deputat Qənirə Paşayeva ürək qüsurundan əziyyət çəkən və təcili əməliyyata ehtiyacı olan 2 yaş 6 aylıq Qasımov Ömər Ramiq oğluna yardım edib.

Deputat Qənirə Paşayeva ürək qüsurundan əziyyət çəkən və təcili əməliyyata ehtiyacı olan 2 yaş 6 aylıq Qasımov Ömər Ramiq oğluna yardım edib.

Məlumata görə, Qənirə Paşayeva bu barədə Facebook-da yazıb. Onun yazdığına görə, axşam saatlarında televiziyada xəstə uşaqla bağlı süjetə baxıb və dərhal hərəkətə keçib:

"Süjet bitdikdən sonra televiziyaya zəng edib, Ömərin ailəsinin telefonlarını alıb zəng etdim. Sonra gec də olsa söhbət balaca bir körpədən getdiyi üçün Səhiyyə Nazirliyinin rəsmilərini aradım, Təcili Tibbi Yardım İdarəsinin rəhbəri Gülmirzə müəllimlə danışıb ailənin maddi vəziyyətinin çox çətin olması və Ömərin dövlət hesabına pulsuz əməliyyat edilməsinə ciddi ehtiyac olduğunu söylədim. Sağ olsunlar. Artıq tapşırıqlar verildi və Ömər Mərkəzi Nefçilər Xəstəxanasında dövlət hesabına pulsuz əməliyyat olunacaq. Həftənin 1-ci günü Öməri və ailəsini Səhiyyə Nazirliyində qəbul edib, sənədləşdirərək Mərkəzi Nefçilər Xəstəxanasına göndərəcəklər. Allah balaca Ömərə kömək olsun! Dualarınızı əksik etməyin!". /Musavat.com/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm