Tabloid.az
Fatih Akin Kann-dan imtina etdi - Erməni məsələsi
Türkiyəli məşhur rejissor Fateh Akın erməni soyqırımı ilə bağlı olduğu deyilən yeni “The Cut”(Kəsilmiş) filmini Kann Festivalında müsabiqəyə göndərməyəcəyini elan edib.
Axar.az xəbər verir ki, xarici mətbuat nümayəndələrinə açıqlama verən türk əsilli alman rejissor festivala müraciətini niyə ləğv etdiyi ilə əlaqədar geniş danışmayaraq bircə cümlə deyib: “Bu qərarı şəxsi səbəblərə görə vermişəm”.
Bundan əvvəl “Həyatın sahilində” filmi ilə Kanndan “ən yaxşı ssenari” mükafatı alan F.Akının yeni filminin bu il “Qızıl Palma” üçün müsabiqədə iştirakına hamı inanırdı. Akın Tahar Rahimə oynatdığı yeni filminin qəhrəmanı haqqında belə açıqlama vermişdi: “Çarli Çaplinlə Serxio Leon qəhrəmanı bir yerdə...”
Xatırladaq ki, rejissorun “Divara qarşı” filmindən sonra Sibel Kəkilli ilə birlikdə işlədiyi ikinci filmi olan “The Cut” Almaniyada oktyabrın 16-sı ekranlara çıxacaq.
Bu il may ayının 14-25-i arası təşkil ediləcək Kann Film Festivalında yarışacaq filmlərin siyahısı bu gün açıqlanacaq.
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ