Samirə Allahverdiyeva Türkiyədə kimin ürəyini şad etdi?
Bizi izləyin

Tabloid.az

Samirə Allahverdiyeva Türkiyədə kimin ürəyini şad etdi?

Əməkdar artist Tünzalə Ağayevanın “TRT Muzik” telekanalında yayımlanan “Bir səsin cazibəsi” verilişinin növbəti buraxılışı yerli sənətçilərimizdən biridir.

Publika.az-ın məlumatına görə, müğənni bu dəfə verilişində həmkarı Samirə Allahverdiyevanı qonaq edib. T.Ağayeva bu dəfəki seçiminin çox ürəyincə olduğunu deyib:

“Çox sevinirəm ki, Samirə kimi bir səsi "TRT Muzik"in tamaşaçıları da dinləyəcək. O, Azərbaycan tamaşaçısının qəlbinə yol tapdığı kimi türkiyəli dinləyicilərin də ürəklərini fəth edəcək. Samirəylə illərdir dostuq. Buna görə də veriliş çox əyləncəli keçəcək”.

Qeyd edək ki, Tünzalə Ağayeva verilişdə modelyer Gülnarə Xəlilovanın hazırladığı libasları geyinir.
Verilişə həftənin şənbə günü Bakı vaxtı ilə saat 00:30-da baxa bilərsiniz.

Zəminə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm