Yazarlar
İki cildlik “Cənubi Azərbaycan ədəbiyyatı tarixi”nın təqdimatı keçirilib
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) qərargahında aprelin
16-daAMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan
ədəbiyyatı şöbəsinin hazırladığı və professor Teymur Əhmədov və
filologiya elmləri doktoru Rəhim Əliyevin məsul redaktorluğu ilə
buraxılmış iki cildlik “Cənubi Azərbaycan ədəbiyyatı tarixi”
kitabının təqdimat-müzakirəsi keçirilib. Tədbirdə AMEA-nın
əməkdaşları, tanınmış ziyalılar, şairlər, yazıçılar, güneyli
soydaşlarımız, eyni zamanda kitabın redaksiya heyətinin üzvləri
iştirak edib.
Elmlər Akademiyasının qrifiilə yayımlanmış bu tədqiqatın birinci
cildi X1X əsri əhatə edir və 2009-cu ildə Diaspora ilə iş üzrə
Dövlət Komitəsinin maliyyə dəstəyii lə“Nurlar nəşriyyatı”nda 480
səhifədə çapdan çıxmışdır. İkinci cild XX əsr ədəbiyyatını əhatə
edirvə 2013-cü ildə “Qanun” nəşriyyatında bu qurumun öz maddi
dəstəyi hesabına 680 səhifədə buraxılmışdır. Böyük ictimai hadisə
olan bunəşr Nizami adına Ədəbiyyat İnstitutunda 30 il ərzində
aparılmış elmi axtarışların yekunudur.
Layihədə son iki əsrdə Cənubi Azərbaycanda yaranmış ədəbiyyat,
mətbuat, folklorşünaslıq, ədəbiyyatşünaslıq və publisistikanın
inkişafı təhlil və təqdim olunur. Əsas məqsəd ilk növbədə, o tayda
yaşayıb yaratmış, mübarizələr aparmış yazıçı, şair və alimlərin,
mətbuat xadimlərinin işıqlandırılmasıdır. Kitabda hər konkret dövrə
aid icmal oçerklər və dövrün aparıcı ədiblərinin portretləri
verilmişdir. Burada Xalxali, Nəbati, Hacı Rza Sərraf, Səid Səlmasi,
Şeyx Məhəmməd Xiyabani, Seyid Cəfər Pişəvəri, Məhəmmədhüseyn
Şəhriyar, Həbib Sahir, Məhəmməd Biriya, Səhənd, Sönməz, Nasir
Mənzuri və b. görkəmli ədiblər haqqında əhatəli oçerklər
verilir.
Tədbiri Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət
vəkili, xalq şairi Sabir Rüstəmxanlı açaraq bidirdi ki, əslində bu
kitabın təqdimatı akademiyada olmalı idi: “Bu kimi elmi
araşdırmaların aparıldığı yer AMEA-nın müvafiq institutlarıdır.
Akademiyanın bu işlə məşğul olan bütün əməkdaşlarına təşəkkürümüzü
bildiririk. Hər halda bizim də bir ədəbiyyat adamı kimi bu
kitabları tədqim etməyə haqqımız çatır. Bu sevinci biz akademiyasız
da bölüşə bilərik. Bu kitabların yaranması ideyası, Güney
Azərbaycan ədəbiyyatının bizdə öyrənilməsi məsələsi Mirzə
İbrahimovla başlayır. Yeri gəlmişkən, Mirzə İbrahimov həm
ədəbiyyat, həm cəmiyyət, həm də ictimai fikir tariximizdə müstəsna
xidmətləri olan bir insandır. O, çox böyük mütəfəkkir, alim,
yazıçıidi. Bu gün onun qiyməti bəlkə də hələ yetirincə bilinmir.
Mirzə İbrahimovun 1948-ci ildə Güney Azərbaycandakı hərəkat,
məğlubiyyətdən sonrakı faciələr haqqında yazdığı bir neçə yazı
varki, onları sakit ürəklə oxumaq mümkün deyil. Güney Azərbaycanla
maraqlanan insanlar həmin yazıları oxusalar, çox şey aydınlaşar.
Mirzə İbrahimov hiss edirdiki, ədəbiyyatın bağladığını heç kim
bağlaya bilməz. Ən böyük siyasətə dəbiyyat, söz siyasətidir. Milli
birliyin köküdə əslində o sözün birliyindədir, mənəvi
birliyimizdədir. O bunu dərk edirdi.
Mirzə İbrahimovun təşəbbüsü 1977-ci ildə Akademiyada X1X-XX əsr
Cənubi Azərbaycan ədəbiyyatı şöbəsi yaradıldı, Cənub Azərbaycan
ədəbiyyatı araşdırıldı. Bu araşdırmalar əsasında çoxcildli Cənubi
Azərbaycan ədəbiyyatı Antologiyası nəşr edildi. Amma antologiya
işin birinci hissəsi idi. İkinci hissə Cənubi Azərbaycan
ədəbiyyatının tarixini nyazılması idi. Bu iş də başlanıldı.
Görünür, ömür vəfa qılmadı, Mirzə İbrahimov özü bu ədəbiyyat
tarixini nəşr edə bilmədi. Ancaq sonra bu kitabların nəşri, bu
yolun davamı Teymur Əhmədov və Rəhim Əliyevin boynuna düşdü. Rəhim
Əliyev məsul redaktor kimi bu işi son on il ərzində Cənub
Ədəbiyyatı şöbəsində davam etdirdi. Çox sevinirəm ki, bu kitablar
ərsəyə gəlib”.
S.Rüstəmxanlı dedi ki, Cənubi Azərbaycan ədəbiyyatını öyrənməkdə, nəşr etmək də çətindir: “Çünki ərəb əlifbası söhbəti var. Oçerk yazmaq, oçerkləri sistemləşdirmək belə özü çətin işdir. Bu ədəbiyyatı oxuyanda bir şeyə heyrət etdim. Bu günkü Cənub Azərbaycan ədəbiyyatı çox modern ədəbiyyatdır. Hətta bəzi cəhətlərinə görə o taydakı modern şer Quzey ədəbiyyatından irəlidədir. Baxmayaraq ki, ana dilində məktəbləri yoxdur. Bəkə də bu irəliləyişin səbəblərindən biri elə məktəblərinin olmamasıdır. Bizim indiki məktəblərimiz hamıya bir şablon düşüncə öyrədir. Amma Güney Azərbaycanda ədəbiyyata birbaşa həyatdan gəlirsən və xalq dilinin bütün gözəlliyi yazılarda qalır. Digər tərəfdən, Güney Azərbaycan ədəbiyyatında Yaxın Şərqdə baş verənlərin əks-sədası da var. Səttarxan hərəkatından Xiyabani, Pişəvəri hərəkatınadək inqilablar yer alır. Onların hamısı xəzinədir və araşdırılmalıdır.
İkicildlikdə ən çox adamı o sevindirir ki, Güney-Quzey söhbəti
nisbidir. Şimal və Cənubəd əbiyyatıda ayrılmayıblar. Dildə, düşüncə
tərzində ayrı deyillər. 200 ildir siyasət də bizi istəməyənlər
çalışırlar ki, o tayla bu tayı ayırsınlar. Ona görə də bu kitablar
ən böyük ədəbi, mənəvi hadisədir. Bizim birliyimizi göstərən bir
hadisədir. Bu kitablar – Cənubda yaradılan ədəbiyyat hökmən bizim
ali və ortaməktəblərimizdə daha geniş öyrədilməlidir. Öyrəndikcə
gənclərimiz görəcəklər ki, Azərbaycanı heç bir sərhəd, müqavilə
ayıra bilməz. Bu gün ingilis, alman dilində də yazan güneyli yeni
nəsil adamları var. Onlar da araşdırılmalıdır. Hesab edirəmki,
ədəbiyyat mükafatları varsa, bu ikicild həmin mükafatlara layiq
görülməlidir. Rəhim Əliyev Mirzə müəllimin layiqli davamçısıdır,
tələbəsidir. Mən onu, bu cildləri hazırlayan, zəhməti olan hər kəsi
təbrik edirəm! İnşallah, Güney Azərbaycanla siyasi birliyimiz də
olacaq. Bu ədəbi birliyin zəifləməsinə imkan vermək olmaz.
Ədəbiyyat ən etibarlı körpüdür”.
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan
ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru
Rəhim Əliyev məsul redaktoru olduğu kitab haqda ümimi məlumat
verdi: “Əvvəlcə Mirzə İbrahimov barəsində bir-iki kəlmə demək
istəyirəm. O, 21 Azər Hərəkatında birinci adam idi, yəni hərəkatı
idarə edən gizli Üçlüyün rəhbəri olub. Stalinin Pişəvəri hərəkatı
ilə bağlı təsdiqləmədiyi və partiya Siyasi Bürosunun qərarı olmayan
hansısa sənəd yoxdur. Üçlüyün tərkibi də Ümumittifaq Siyasi Bürosu
tərəfindən təsdiqlənib. Bunlar mayor Mirzə İbrahimov sədr,
Azərbaycan SSR Dövlət Təhlükəsizliyi xalq komissarının birinci
müavini, general-mayor Ağasəlim Atakişiyev və Həsən Həsənov üzv
olub. Hesab edirəm ki, Mirzə İbrahimovun Cənubi Azərbaycan
ədəbiyyatı ilə bağlı bu işləri görməsi divan tutulmuş hərəkata,
qətlə yetirilmiş 30 min soydaşımıza daxilində hiss etdiyi mənəvi
məsuliyyətdən, müəyyən günah hissində irəli gəlirdi. Ona görə də
1977-cı ildə İranda inqilabın əlamətləri seziləndə AMEA-da Cənubi
Azərbaycan ədəbiyyatı şöbəsi açıldı və Mirzə İbrahimov da həmin
işləri davam etdirməyə, unutmadığı mübarizə yoldaşlarının
prinsiplərini yeritməyə başladı. Bu kitabın redaksiya heyətinin
üzvü Mirzə İbrahimov, Teymur Əhmədov və bir də mənəm.Teymur müəllim
olmasaydı, bu kitabları çap etdirə bilməzdik. Çünki bu kitablar
institut və akademiya instansiyalarının hamısından
keçməyib.
Mirzə İbrahimov ilkin olaraq Cənubi Azərbaycan ədəbiyyatı ilə
bağlı dörd cildlik antologiya nəşr etdirdi. Həqiqətən də bunu
ardınca Cənubi Azərbaycan ədəbiyyatına aid böyük bir ədəbi məktəb
meydana gəldi. Cənubi Azərbaycan ədəbiyyatı olduqca zəngindir.
Mirzəli Möcüzün 1946-cı ildə bir əlyazmasını Mirzə İbrahimova
vermişdilər. Həmin vaxt onun ölümündən on il keçmişdi və 1921-ci
ildə cəmi iki şeiri çap olunmuşdu. Ancaq indi onun barəsində üç
doktorluq dissertasiyası yazılıb, Azərbaycanda, Türkiyədə və ABŞ-da
kitablar buraxılıb. Bu da Mirzə İbrahimovun layihəsinin
nəticələrinin nə qədər böyük olduğunu göstərir. Cənubi Azərbaycanın
ədəbiyyati cildlərinin mənbə siyahısına baxanda adam heyrətə gəlir.
İranda da, mühacirətdə də Cənubi Azərbaycan ədəbi məktəbləri var.
Türkiyə və Azərbaycan da Cənubi Azərbaycana böyük önəm verilir,
bununla bağlı kitablar buraxılır, tədqiqatlar aparılır. Cənubi
Azərbaycanda da fərqli də olsa, belə bir proses gedir. Mirzə
İbrahimov yalnız sakit şəkildə öz işini görürdü, yəni heç bir
hay-küy salmırdı. Onun işgüzarlığı da bir məktəb idi”.
Onun sözlərinə görə, Cənub Azərbaycanın ədəbiyyat tarixinə nəzər
saldıqda Arazın hər iki tayı arasında elə bir ayrılığın olmadığı
görünür: “Bütün ideyalar, bizdə olan məsələlərin hamısı Cənubda da
olub. Məsələn, Məşrutə İnqilabı zamanı əncümənilər yığıldıqları
iclası açmamış minbərədn Mirzə Ələkbər Sabirin şeirləri ilə
oxunubdur. Bundan sonra Cənubi Azərbaycanda Mirzəli Möcüz poeziyası
yarandı. 1930-cu illərdə bizdə ədəbiyyat tarixçiliyi yarandı.
Nəriman Nərimanovun rəhbərliyi altında klassik ədəbiyyat çap
olundu. Cənubi Azərbaycanda isə Məhəmmədəli Tərbiyət meydana
çıxaraq “Daneşməndani Azərbaycan” kitabını 1935-ci ildə Tehranda
fars dilində çap etdirdi. M.Tərbiyət Nizami Gəncəvinin 10-12 türkcə
yazılmış nəzirəsini göstərir ki, heç bizim alimlərimizin hələ də
onlardan xəbəri yoxdur. O, Azərbaycan ədəbiyyatının məhək daşı olan
Mirzə Fətəli Axundova, həmçinin Abbasqulu ağa Bakıxanova dəqiq
qiymət verib. Yəni Şimalla Cənubun siaysi, elmi, ədəbi-mədəni
birliyi qırılmaz olub və indiyədək də davam edir. Məsələn, Səməd
Vurğun 1930-cu ilərdə ədəbi çevriliş edərək xalq şeiri üslubuna
keçdi. Həmin vaxt Cənubi Azərbaycanda da heca vəznli şeir üslubu
formalaşdı. Bunu Həbib Sahirin, Etimadın daha sonra Səhəndin və
digərlərinin yaradıcılığında görə bilərik. Yəni Cənubi Azərbaycan
ədəbiyyatı Səməd Vurğunun ədəbi irsindən təsirlənib və türkcə yazan
böyük şairlər də onu seviblər, pərəstiş ediblər”.
Rəhim Əliyev vurğuladı ki, “Cənubi Azərbaycan ədəbiyyatı tarixi”
kitabının birinci cildi Mirzə İbrahimovun zamanında hazırlanıb:
“Biz də indi onun qoyduğu klassik prinsipi davam etdiririk. Bu
kitablara yalnız Cənubi Azərbaycanda yaşayıb-yaradan ədəbiyyat
adamlarını daxil etmişik. Biz hesab edirik ki, orada zülmlərə və
təzyiqlərə dözmək, farsca oxuyub türkcə yazmaq böyük hünərdir.
Azərbaycanda və xarici ölkələrdə yaşayıb-yaradanları da daxil
etsəydik də, gərək daha bir necə cildlik kitab ortaya gələrdi. Biz
bunu Cənubi Azərbaycan üçün yazmışıq”.
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı,
filologiya elmləri doktoru, kitabın müəlliflərindən biri İslam
Qərib bildirdi ki, “Cənubi Azərbaycan ədəbiyyatı tarixi” kitabının
birinci cildi “Gülüstan” müqaviləsindən 1900-cu ilə qədər olan
ədəbiyyatı əhatə edir: “Bu cilddə XIX əsrdə Cənubi Azərbaycanda
yaşamış bir sıra görkəmli sənətkarlar haqda oçerklər, həmçinin
“Gülüstan” müqaviləsindən sonra Cənubi Azərbaycandakı ədəbi
hərəkat, proses barədə icmallar verilib. Bunlar da ayrılığın
xalqlar arasında deyil, dövlətlər arasında yarandığını göstərir. Nə
qədər tikanlı məftillər çəkilsə belə, Azərbaycanın o tayı da, bu
tayı da mənəvi və mədəni cəhətdən qətiyyən bir-birindən ayrı
düşməyib. Məmmədbağır Xalxali, Mirzə Mehdi Şükuhi, Hacı Rza Sərrafi
necə yazıbsa, təxminən həmin stildə Mirzə Ələkbər Sabir, Mirzə
Məhəmməd Tağı Qumri, Mirzə Cəlil Məmmədquluzadə, Məhəmməd Hadi də
yazıb”.
Onun sözlərinə görə, “Cənubi Azərbaycan ədəbiyyatı tarixi”
kitabının ikinci cildində millətçi olduqları üçün İranda qəbul
edilməyən, Sovet Azərbaycanında da əvvəlcə qəbul edilsə də,
sonradan sıxışdırılaraq məhbəslərdə çürüdülən, üstündən xətt
çəkilmiş ədəbiyyat adamları yer alıb: “Bunlardan biri də Məhəmməd
Biriyadır. Bu şəxsi XX əsrdə Mirzə Ələkbər Sabirdən sonra ən böyük
satiriklərdən hesab etmək olar. Eyni zamanda XX əsr Azərbaycan
ədəbiyyatında tədqiqinə, araşdırılmasına qadağa qoyulan
şəxsiyyətlərdən biri Məhəmməd Biriyadır. Bundan başqa, kitaba cəmi
22-23 il ömür sürmüş, vətən, millət və el yolunda canını fəda etmiş
Səid Salmasini daxil etmişik. Yəni “Cənubi Azərbaycan ədəbiyyatı
tarixi” kitablarını oxuyan şəxs Cənubi Azərbaycan ədəbiyyatının
yalnız Məhəmmədüseyn Şəhriyardan ibarət olmadığından və peoziya
üslubunda inkişaf etmədiyindən xəbərdar olacaq. Yəni XX əsrdə
Cənubi Azərbaycan ədəbiyyatında gözəl nəsr, dramaturgiya yaranıb.
Bu kitab 30 illik əməyin məhsuludur, şöbənin əməkdaşları kollektiv
şəkildə bunun üzərində işləyib. Əslində bu kitabı ərsəyə gətirməklə
Vahid Azərbaycan prinsipini ortaya qoymuşuq”.
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi,
professor Vüqar Əhməd kitabdakı üç sima ilə bağlı oçerklərin
müəllifi olduğunu söylədi: “Mən həyatımın 20 ilini Güney Azərbaycan
ədəbiyyatına, tarixinə və musiqisinə həsr eləmişəm. Güney
Azərbaycan musiqisi ilə bağlı teleradioda musiqilər, konsertlər
təşkil etmişəm. Güney Azərbaycan tarixi, ədəbiyyatı, poeziyası ilə
bağlı dövrü araşdırıram. “Cənubi Azərbaycan ədəbiyyatı tarixi”
kitabının ərsəyə gəlməsi də əlamətdar hadisədir. Bu da bizim
şöbənin əməkdaşlarının hamısının zəhmətinin bəhrəsidir. Bu layihə
Mirzə İbrahimova məxsusdur, ancaq indi onun davamçısı Rəhim Əliyev
bu işi görür”.
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun “XX əsr ədəbiyyatı”
şöbəsinin müdiri, filologiya elmlər doktoru Şirindil Alışanov dedi
ki, ədəbiyyat tarixini yazmaq çox çətin məsələdir: “Azərbaycan
ədəbiyyatı tarixinin 7 cilddə buraxılması nəzərdə tutulub. Artıq
Azərbaycan ədəbiyyatı tarixinin 4 cildi çapdan çıxıb və ən qədim
dövrdən XIX əsrə qədər olan dövrü əhatə edir. Beşinci cild XX əsrin
əvvəllərini əhatə edəcək. Altıncı və yeddinci cildlərdə isə Sovet
dövrü, Cənubi Azərbaycan ədəbiyyatı, müstəqillik dövrü və mühacirət
ədəbiyyatı yer alacaq. Bundan əlavə, Azərbaycan fəlsəfə tarixi iki
cilddə, siyasi tarix üç cilddə, ədəbi dil tarixi
buraxılıb”.
Onun sözlərinə görə, Mirzə İbrahimov böyük təşkilatçı idi: “Əgər
Mirzə İbrahimov olmasaydı, AMEA-da Cənubi Azərbaycan ədəbiyyatı
şöbəsi də olmazdı. “Cənubi Azərbaycan ədəbiyyatı tarixi”
kitablarının ərsəyə gəlməsində Teymur Əhmədovun da böyük rolu var.
Bizim hazırladığımız “Azərbaycan ədəbiyyatı tarixi” kitabının
yeddinci cildinin üçdən birini Cənubi Azərbaycan ədəbiyyatı təşkil
edir. Ancaq Söhrab Tahir, Balaş Azərolu, Mədinə Gülgün və Hökumə
Bülluri Güney Azərbaycanla bağlılıqlarına baxmayaraq burda yaşayıb
yaratdıqlarına görə “Azərbaycan ədəbiyyatı tarixi” kitabının
altıncı cildində Şimali Azərbaycan ədəbiyyatçıları kimi təqdim
olunublar.
Hazırda Cənubi Azərbaycanda çox böyük ədəbi hərəkat var. Bu iki
cild kitabı prezident fərmani ilə latın qrafikasında buraxılan
kitabların siyahısına təqdim etmək lazımdır və ən azı on min
tirajla buraxılmalıdır. Çünki belə dəyərli bir kitab üçün 300 tiraj
çox azdır”.
Ş.Alışanov həmçinin hazırki nəşr siyasətini də tənqid edib:
“Hazırda Azərbaycanda kitab nəşr etmək, naşirlik çox çətin
məsələdir. Çünki nəşriyyat sistemini məhv ediblər, mətbəələrin sayı
kifayət qədərdir. Axı mətbəə nəşriyyat deyil. Hazırda peşəkar
redaktor, korrektor qəhət olub, kitablar başdansovdu buraxılır.
Ümumiyyətlə, nəşriyyatlar vergi, yoxlama sistemindən azad
edilməlidir. Qəzet və jurnallar, dərsliklər və prezident fərmanı
ilə buraxılan kitablar vergidən azad olunub, onlardan yalnız əlavə
dəyər vergisi tutulur. Axı bundan dövlət büdcəsi nə böyük gəlir
götürür? Ona görə də kitabların qiyməti baha olur. Dövlət
qurumları, dövlət kitabxanaları kitabları almır”.
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi
işçisi, professor Qurban Bayramov vurğuladı ki, istər bədii,
istərsə də elmi ədəbiyyat olsun, onun ictimai funksiyası var:
“Ədəbiyyatın, ədəbiyyat elminin funksiyası var və bu da “Cənubi
Azərbaycan ədəbiyyatı tarixi” kitabında özünü bariz şəkildə
göstərib. Bu kitab ağır elmi, fiziki və mənəvi zəhmətin bəhrəsidir.
Ümumiyyətlə, ədəbiyyata kommersiya baxımından da yanaşmaq lazımdır.
Bu kitab böyük tirajla buraxılmalıdır, həmçinin ərəb əlifbası ilə
çap edib Cənubi Azərbaycanda, diaspora təşkilatlarında yaymaq
lazımdır. Bu kitabları xarici ölkələrdə yaşayan azərbaycanlıların
da oxuya bilməsi üçün elektron variantını hazırlayıb elektron
resurslara yerləşdirmək lazımdır. Yəni bizim əməyimiz, zəhmətimiz
bar gətirən ağacın meyvəsi kimi dibində çürüməsin”.
Filologiya elmləri namizədi Aslan Salmansoy kitabı əlyazmada
oxuduğunu, onda korrektə işləri apardığını, müəyyən mənbələri
dəqiqləşdirdiyini, həmçinin müəyyən redaktə işləri apardığını
söylədi: “Həqiqətən bu kitabı oxumağım mənə çox xeyir verib. Çünki
hamı kimi mən də Cənubi Azərbaycan ədəbiyyat adamlarının bir
hissəsini tanıyırdım, ancaq bu kitabı oxuyandan sonra onların
əksəriyyəti haqda məlumat əldə etdim. Bu da mənim üçün çox faydalı
oldu. Həqiqətən Rəhim Əliyev bu kitabın meydana gəlməsində böyük
təşəbbüsü, əməyi olub. Onun Cənubi Azərbaycan ədəbiyyatına olan
meyli, marağı kitabın müqəddiməsindən və danışığından da sezilir.
Bu maraq sanki Mirzə İbrahimovun özünə olan maraq qədərdir. Yəni
Rəhim Əliyevin Mirzə İbrahimova olan sevgisi, ehtiramı onu Cənub
mövzusuna müraciət etməyə sövq edib. Rəhim Əliyev həqiqətən Mirzə
İbrahimovun davamçısıdır, layiqli varisidir və öz əməli ilə də bunu
sübut edib. Kitaba nəzər saldıqda isə müəlliflərin öz işlərinə çox
məsuliyyətlə yanaşdıqları, dərindən araşdırmalar apardıqları
görünür. Bu kitabda yeni yanaşma, yeni metod var”.
Sabiq təhsil naziri, türkoloq, professor Firidun Cəlilov
(Ağasıoğlu) belə bir kitabı ərsəyə gətirdiklərinə görə redaksiya
heyətinin üzvlərini təbrik edib: “Hər kəs Rəhim Əliyevi ədəbiyyatçı
kimi təqdim etsə də, ancaq o, həm də klassik türkoloqdur. Yəni nə
qədər ədəbiyyatçı olsa da, o qədər də dilçidir. Biz Azərbaycan
ədəbiyyatşünaslığını, dilşünaslığını yaradanların tələbələri
olmuşuq. Ancaq indi təəssüflər olsun ki, həmin universitetin
koridorlarında cilızlaşma grdir, adamın ürəyi ağrıyır. Çünki
elmimizdə cırlaşma gedir”.
Professor Cəmil Həsənli bildirdi ki, bu kitab doğrudan da Cənubi Azərbaycan ədəbiyyatının akademik nəşridir və Azərbaycan elmi üçün böyük nailiyyətdir: “Cənubda gözəl bir ədəbiyyat var və bu ədəbiyyatın da elmi cəhətdən işlənilməsinə böyük ehtiyac var idi. Kollektiv də bunu böyük uğurla yerinə yetirib. Yəqin ki, bu kitabı oxuyanlar bir daha asılı xalqların taleyinin ədəbiyyatdan keçdiyinə əmin olacaqlar. Ədəbiyyat asılı xalqları saxlayan ən mühüm amildir. Çünki dövləti, milli idarəsi olmayan bir toplum, xalq özünü yaşatmağa vasitələr axtarır və bunlardan da ən mühümü ədəbiyyatdır. Digər tərəfdən, Azərbaycanın şimalında da, cənubunda da qəribə bir tarixi proses var. Hər bir millətin milli dirilik uğrunda mübarizəsi milli dil uğrunda mübarizədən keçir. Ona görə də milli dildə yaranmış ədəbiyyatın elmi təsvirini yaratmaq Azərbaycan elmi qarşısında mühüm bir vəzifə idi və bu kollektiv də bunu həyata keçirib”.
Onun sözlərinə görə, bu kitab Mirzə İbrahimovun xatirəsinə
ucaldılmış ən böyük abidədir: “O buna layiqdir. Əgər nə vaxtsa
Azərbaycanın müstəqilliyinə abidə qoyulsa, onun böyük bir hissəsi
Azərbaycan ədəbiyyatını, ədəbi simalarını özündə ehtiva etməlidir.
Həmin ədəbi simalardan biri də Mirzə İbrahimovdur. AMEA-da Cənubi
Azərbaycan Ədəbiyyatı şöbəsinin açılması ilə bağlı maraqlı bir
epizodu qeyd etmək istərdim. Mirzə İbrahimov Azərbaycan Yazıçılar
İttifaqından çıxarılandan sonra bir müddət cəmiyyətdən təcrid
olunmuş vəziyyətdə idi və nəyəsə ehtiyacının olması ilə bağlı da
heç kəsə müraciət etməyib. Mirzə İbrahimovdan bir səs çıxmayanda
mərhum Heydər Əliyev Azad Şərifovu onun yanına, bağa göndərir.
Mirzə müəllim şəxsi mənada hansısa ehtiyaclarının ödənilməsini
deyil, yalnız Akademiyada bu Cənub şöbənin yaradılmasını və özünün
də sədr təyin edilməsini istəyir.
Bu kitablar da Mirzə İbrahimovun uzaqgörənliyinin məhsuludur.
Elmə qoyulan investisiya heç vaxt itməz. Bu gün bu kitabların
ərsəyə gəlməsi həmin şöbələrin doğru-düzgün yaradılmasının,
Azərbaycan elmi üçün lazımi şöbələr olmasının nəticəsidir.
Kitabdakı bəzi mövzularla tanışam. Doğrudan da Cənubi Azərbaycan
ədəbiyyatının mükəmməl elmi təhlili əks olunub. Ona görə də bu
kitabın ərsəyə gəlməsində böyük əməyi olan Teymur Əhmədovu, Rəhim
Əliyevi və kollektivi təbrik edirəm”.
AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun politologiya şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə elmləri doktoru Yadigar Türkel Azərbaycan dövlətinin birinci ideologiya institutunda belə bir ortamın olmamasına, bu cür işlərin görülməməsinə görə təəssüfləndiyini söylədi: “Güney Azərbaycan ədəbiyyatını ilk dəfə öyrənən Mirzə İbrahimov olmayıb. Məhəmməd Əmin Rəsulzadə 1928-ci ildə yazdığı “İran türkləri” kitabında böyük bir bölümü Güney Azərbaycan ədəbiyyatına həsr edib. Ona görə də Güney Azərbaycan ədəbiyyatı öyrənilməsinin 40-50 il geriyə çəkilməməsini xahiş edirəm”.
“Ulduz” jurnalının poeziya şöbəsinin redaktoru Fərqanə Mehdiyeva
vurğuladı ki, Güney Azərbaycanın ən yaralı yerlərimizdən biridir:
“Mənim də yaralarımı sarıyan bir yerdir. Bu yaxınlarda Təbrizə
gedəcəyəm və bu kitabı sevə-sevə öz güneyli qardaşlarımıza
aparacağam. Bu kitabın da öz mükafatını tez almasını arzulayıram.
Çünki indi istedadlıya da, istedadsıza da eyni qiyməti verirlər.
Həmin istedadsızlar istedadlının öz mükafatını almasına imkan
vermirlər. 40-50 kitabı, şeiri, adı olanlan var, ancaq nə kitab, nə
şeir deyil, nə də həmin ada layiqdirlər”.
Hazırda İsveçdə mühacirətdə yaşayan güneyli soydaşımız, “Bütöv Azərbaycan” Televiziyasının (BATV) rəhbəri Cavad Derəxti də Güney Azərbaycan ədəbiyyatına dəyər verdiklərinə və belə bir kitaba ərsəyə gətirdiklərinə görə kollektivə öz təşəkkürünü bildirdi.
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK