Baltik dənizi də “isti dəniz”ə çevrilir
Bizi izləyin

Dünya

Baltik dənizi də “isti dəniz”ə çevrilir

Baltik dənizi də “isti dəniz”ə çevrilir

Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) Baltik dənizinə beş hərbi gəmi göndərir.

Publika.Az – ın xarici mətbuata istinadən verdiyi məlumata görə, hərbi ittifaqın mətbuat xidməti əsas hədəfin NATO-nun Şərqi Avropadakı müttəfiqlərinə dəstək olduğunu bildirib.

“NATO Şərqi Avropadakı müttəfiqlərinin müdafiəsinin gücləndirilməsi üçün Baltik dənizinə gəmiləri göndərir”, - NATO-nun bəyanatında deyilir.

Daha əvvəl isə NATO Məsləhət Şurası Ukraynada yaranan gərgin vəziyyətlə əlaqədar olaraq Şərqi Avropadakı NATO üzvlərinin təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı tədbirlər paketini qəbul edib. Baltik dənizinə hərbi gəmilərin göndərilməsinin də sözügedən tədbirlər paketinə daxil olduğu bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm