Qüdrət Həsənquliyev: "Bu maddəni ləğv edin"
Bizi izləyin

Nida.az

Qüdrət Həsənquliyev: "Bu maddəni ləğv edin"

“169-cu maddə Cinayət-Prosessual Məcəlləsindən çıxarılmalıdır”.

Publika.Az xəbər verir ki, bu barədə deputat Qüdrət Həsənquliyev Milli Məclisdə Cinayət-Prosessual Məcəlləsinə dəyişikliklərin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, bu maddə kütləvi toplantıların keçirilməsi zamanı məsuliyyəti nəzərdə tutur: “Burda odlu silahdan istifadə və digər məqamlar var. Hansı ki, bu halla bağlı digər məcəllələrdə müddəalar var. Həm də hesab edirəm ki, bu müddəa beynəlxalq təşkilatların və ölkədəki bəzi dairələrin Azərbaycanı yersiz tənqid etməsinə səbəb olacaq. Hesab edirəm ki, kütləvi toplanma ilə bağlı məsələ konstitusion hüququn pozulması deyil, əksinə qorunmasıdır. Təklif edirəm ki, bu maddə ümumiyyətlə məcəllədən çıxarılmalıdır”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm