Evin zindanında siyasi məhbuslara hücum edilib
Bizi izləyin

Nida.az

Evin zindanında siyasi məhbuslara hücum edilib

Evin zindanında siyasi məhbuslara hücum edilib

Aprelin 17-də Tehranın Evin zindanının 350-ci korpusunda saxlanan siyasi məhbuslar qəfil hücuma məruz qalıb.

“Media forum” saytının məlumatına görə, hücum siyasi məhbusların zindan məmurlarının kobud və təhqiramiz şəkildə yoxlama aparmasına etirazından, birgə inqilabçı himn və mahnılar oxumasından sonra baş verib.

Zindan məmurlarının, ETTELAAT əməkdaşlarının və 100-ə yaxın dəyənəkli əsgərin hücumuna məruz qalan məhbuslar ağır bədən xəsarəti alıblar. 5 nəfər şəhər xəstəxanasına köçürülübAzərbaycanlı siyasi məhbus İsmayıl Bərzigərinin qabırğaları sındırılıb, digər azərbaycanlı məhbus Səid Mətinpur bədən xəsarəti alıb. Məhbuslar Emad Bəhavərin, Qulamrza Xosrəvinin və Əmini soyadlı başqa bir məhbusun səhhətinin ciddi təhlükə ilə üz-üzə qaldığı bildirilir.

Yaraqlı məmurların gözlənilməz hücumu nəticəsində 30-a yaxın məhbus, o sıradan da Mehdi Xudai, Yaşar Darüşşəfa, Mehrdad Ahənxah, Əsədulla Hadi, Rza Münfərid, Süheyl Babadi, Əli Əsgəri, Süruş Sabit, Əsədulla Əsədi, eləcə də Simkuh və Xilqəti soyadlı şəxslər döyüldükdən sonra təkadamlıq kameralara salınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm