Prezident Markesin vəfatı ilə bağlı başsağlığı verdi
Bizi izləyin

Qırmızı.az

Prezident Markesin vəfatı ilə bağlı başsağlığı verdi

İlham Əliyev başsağlığı verdi

Azərbaycan prezidenti İlham Əliyev Koreya Respublikasının Prezidenti xanım Pak Kın Heyə başsağlığı məktubu ünvanlayıb.

Prezident məktubunda “Sevol” bərəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbərindən kədərləndiyini bildirib: "Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayıram”.

19:15

Azərbaycan Prezidenti İlham Əliyev Kolumbiya Prezidenti Xuan Manuel Santosa başsağlığı verib.

Başsağlığında deyilir: "Böyük yazıçı, Nobel mükafatı laureatı Qabriel Qarsiya Markesin vəfatı xəbəri bizi olduqca kədərləndirdi.

Bu əvəzsiz itki ilə əlaqədar kədərinizi bölüşür, Sizə, mərhumun ailəsinə, bütün Kolumbiya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm