Goranboyun icra başçısı işdən çıxarıldı
Bizi izləyin

Nida.az

Goranboyun icra başçısı işdən çıxarıldı

Goranboyun icra başçısı işdən çıxarıldı

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev vəzifədən azad olunub.

"Axar.az"ın məlumatına görə, Nizaməddin Quliyevin vəzifədən azad olunması barədə Sərəncam imzalanıb və yaxın dəqiqələrdə elan olunacaq.

Qeyd edək ki, xəbəri ilk olaraq yerli mənbələrə istinadla "Qaynar.info" saytı yayıb.

Xatırladaq ki, bu gün iş adamı Müqayis Verdiyevin Baş prokurora müraciəti yayılıb. Müraciətdə Goranboy rayon icra başçısını korrupsiyada ittiham edən iş adamı bu icra strukturunun Antikorrupsiya idarəsi tərəfindən yoxlanılmasını istəyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm