ABŞ-ın Azərbaycanda 14 milyonluq - İnqilab planı
Bizi izləyin

Dünya

ABŞ-ın Azərbaycanda 14 milyonluq - İnqilab planı

ABŞ-ın Azərbaycanda 14 milyonluq - İnqilab planı

Jurnalist Eynulla Fətullayev ABŞ-ın Azərbaycanda planlaşdırdığı 14 milyon dollarlıq inqilabla bağlı geniş araşdırma yazısı hazırlayıb.

Haqqın.az xəbər verir ki, Amerikanın Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası olan İREX 2008-ci ildən 2013-ə qədər ümumi dəyəri 730 min manat olan 29 qrant ayırıb. Bu təşkilatın Azərbaycandakı sədri isə ABŞ vətəndaşı olan Sara Henessidir. Yazıda qeyd olunur ki, lakin nədənsə göstərilən dövrdə rəhbərlik cəmi 40 min manat qrant dəstəyi alıb və qalan subsidiyanın taleyi isə sual olaraq qalır.

Ümumilikdə isə 730 min manatın nəyə sərf olunduğu sual olunur.

Müəllif bildirir ki, bütün pullar müxalifətə müxalifətçilərə yaxın təşkilatlara israf olunub: “Zəhmət olmasa, cənab Morninqstar, həqiqəti gün işığına çıxarın və cavab verib ki, niyə bütün maliyyə vəsaitləri müxalifət strukturlarına xərcləndi?”.

"Əgər amerikalıların şöhrətpərəsliyinə toxunursa onlara həqiqəti demək olmaz. Amerika fondları tərəfindən Azərbaycan müxalifətinə ayrılmış 35 milyon dollar araşdırmalarımdan sonra səfir Riçard Morninqsatrın məsələyə münasibətindən sonra bu aksiomu özümə min dəfə demişəm.

Mənim nəşrim haqda ABŞ səfiri nə bildirdi? Cənab Morninqstar bunları deyib:

“Əvvəla, biz belə gülməli fikirləri bu vaxta kimi çox eşitmişik. Mən yalnız deyə bilərəm ki, ABŞ və Azərbaycan arasında mövcud olan münasibət xüsusi məna daşıyır. Krımda baş verən hadisələr fonunda bu məna daha da yüksəlir. ABŞ və Azərbaycan bu münasibətlərin səviyyəsinin qorunması üçün hər şey etməlidir. Səsləndiriliən fikirlər isə yalnız ölkələrimiz arasındakı münasibətləri pisləşdirməyə yönəlib. Biz buna yol verməməliyik, heç kim bu cəfəngiyyata uymamalıdır”.

Amerika səfirinin çıxışı əsasən, “Azadlıq” qəzeti də daxil olmaqla müxalifət nəşrlərinin baş məqaləsi oldu. Ağıllını parafraz edərək görmək mümkündür ki, Polina “Azadlıq” qəzetini əlinə aldı, əzdi, kağız parçasını bağa atdı və balaca pişik həmişə öz ətrafında fırlanan siyasətçinin dalınca qaçdı.

Əfsus, elə görünürdü ki, o, ağır çəkili amerikan diplomatlarından biridir, o qədər təcrübəli səfirlərdəndir. Lakin qırğı-energetik Morninqstar səhv dalınca səhv buraxır. O, işlədiyi ölkəni və prezidentini başa düşmür. Eləcə də, ABŞ özü Azərbaycanı başa düşmür. Əks halda, Co Bayden 2009-cu ildə Azərbaycanı inqılabın sıçradığı potensial ölkələrdən biri adlandırmazdı.

Səfir Morninqstar bizi əmin etməyə çalışır ki, ABŞ və Azərbaycan strateji əməkdaşdırlar. Tutalım belədir. Lakin səfirdən soruşmaq istərdim ki, bu əməkdaşlıq münasibətlərində Azərbaycana nə kimi strateji xarakterli yardım edib? Heç olmasa, Vaşinqton Qarabağ probleminin nizama salınması üçün kömək edibmi? Sonuncunu oxuyaraq demək olar ki, Morninqstarın iş yoldaşları ATƏT-in MİNSK qrupunun səfiri Uorlik vaxtaşırı Azərbaycana birgünlük “Filippin reseptini” soxuşdurur və “erməni diasporasının aydın səsi” (səfir özü belə deyib) professor Xaçikyana qəribə mədhiyyələr deyir. Əksinə, ABŞ strateji əməkdaşının qanayan yarasına anlaşılmaz laqeydlik nümayiş etdirir. Belə ki, özümüzə hesab verdikdə məlum olur ki, Əliyevin qoruyub saxlaya bildiyi müstəqil Azərbaycana müstəqillik baha başa gəlib. Azərbaycan son yüzilliyin nə şikarı, nə də qaliblərin qurbanıdır. Lakin Vaşinqtonun məntiqinə görə “Roma dözür, Senat isə vətən atasına təşəkkür etmək qərarına gəlir”.

Strateji əməkdaşlar məgər belə edirmi? Və ya, zəif bir dövlətin dayağını qazan strateji əməkdaşdan daha bir “ata qayğısı” götürək. Vaşinqton çox yaxşı bilir ki, hazırki siyasətin status-kvosunun zəmanəti prezident İlham Əliyev hakimiyyətinin sistemli stabilliyi və sosial öncədən görməkdir. Siyasi sistemdə kiçik bir deformasiya Azərbaycanda kəskin çevriliş üçün fəlakətə səbəb ola bilər. Və bu çevriliş faciəvi sonluqla bitə bilər. Bunu Morninqstar və Dövlət Departamenti dərk edirmi? Tamamilə. Bu haqda, “jirinovski” və “duqinin” simasında Kremlin hay-küyçüləri həyəcan təbilini çalaraq etnik siyasi münaqişələrin yaranmasında və federasiyaya çevrilməsiylə müşayiət olunan Azərbaycanın dağılması ilə təhdid edir. Təcrübəmdən asılı olmayaraq, siyasi fəlakətin faciəvi nəticələrini başa düşürəm. Qərb maraqları və toxunulmaz amerikan kapital və investisiya maraqlarının toqquşması vəziyyətin hərəkətə keçməsinə səbəb ola bilər. Bundan əlavə, Vaşinqton Əliyevlər hakimiyyətinin rəqiblərinə pul, ”Molotov kokteyli” və platforma ilə yardım edir. Məgər həqiqi dostlar və strateji əməkdaşlar belə edirmi?

Tutalım, Vaşinqtonun özünün xüsusi və hipertrofiyaya tutulmuş əməkdaşlıq anlayışı var. Və ABŞ heç bir şallaqsız keçinə bilmir. Bəs o zaman nəyə görə ABŞ-ın Dövlət Departamenti strateji əməkdaşları olan Səudiyyə Ərəbistanına və ya Qatara sadiqdir? Hanı insan hüquqlarının və demokratik azadlıqların pozulması haqda bəyannamə? Nəyə görə Dövlət Departamentinin hesabatlarında avtoritar, totalitar, teokrtaik əməkdaşlarını əzizlənir? Hanı məntiq?

Azərbaycanın işğal olumuş Ağdam torpaqlarından istiqamətlənmiş Putin tanklarının toplarına baxmayaraq, zahirən görünməyən, lakin real təhlükə yaradan Hizbullah, strateji İslam İnqilabı Korpusunun tərəfdarlarının olmasına baxmayaraq, tarixi bağlar və sosial mədəni dəyərlərlə əlaqəli olan İranla münasibətlərin pisləşməyinin qabağını almaq mümkün olmadığı üçün Azərbaycan qoynunu Vaşinqtona açır, Səddamdan tutmuş Əsədə kimi olan beynəlxalq terrorizm proqramlarında iştirak edir.

Krımdan sonra Vaşinqton heç bir şey öyrənmədi! Gürcüstan, Ukrayna və Moldova təcrübələri nə ilə bitdi? Dövlət quruluşunun möhkəmləndirilməsi ilə? Xeyir! Avro inteqrasiya ilə? Bu da xeyir! NATO-a üzv və təhlükəsizlik zəmanəti ilə? Yenə də xeyir! Bəlkə iqtisadi dirçəliş və sürətli inkişaf və dərhal İsveçrə və Avstriyaya çevrilə biləcək korrupsiya üzərində qələbə ilə? Xeyir, yenə də, xeyir! Ölkə tarixində gül inqilabını qalib gəlmiş ölkələr spiralvari dövr edir: despotizm azadlığa yol açır, azadlıq anarxiyaya, despotizm xalqı anarxiyadan qurtarır. Bəs Ukrayna nə əldə etdi? Azadlıq? Hansı ki, anarxiyaya çevrildi!

Mən demokratiyanın öldüyünü düşünmürəm. Düşünürəm, o, sadəcə formasını dəyişib. O, qərb demokratiyasının idarə olunması haqda düşüncələrimizi də dəyişib. Burada artıq azadlıqın anarxiyaya keçməsinə imkan verilmir. Çünki Vaşinqtonda heç kimə “Ağ Evə” “molotov kokteyli” atmağa icazə verməzlər, hətta Obamanı korrupsiyada, sevgi münasibətlərində şübhəli bilinsə belə heç kəs devirməz. Demokratiya bizim üçün fərqli olub, və ya biz özümüz azadlığı və anarxiyanı fərqləndirməyə başlamışıq. Bəs nəyə görə Azərbaycanda o cümlədən, Misir və Liviyada yaranan inqilab Boston çay qonaqlığına stimul verir? əlbəttə, bu çay qonaqlığından sonra Bakının neft mənbələri xarabalığa çevriləcək.

Bu halda cənab Morninqstar izah eləsin, nəyə görə ABŞ yanlış təşkilat və onların liderlərini maliyyələşdirməkdə davam edir və açıq şəkildə inqilabi dəyişikliklərə sövq edir?

Birinci sual-İREX hansı məqsəd üçün 730 min manat ayırıb?

Amerikanın beynəlxalq araşdırmalar təşkilatı olan İREX, proqramlarına uyğun olaraq, intellektual və yenilikçi proqramlar yayır. 2008-ci ildən 2013-cü ilədək 730 min manat dəyərində olan 29 qrant ayırıb. Azərbaycanda bu təşkilatın nümayəndəsi ABŞ vətəndaşı Sara Hennesidir. Lakin nəyə görəsə nümayəndəlik göstərilən müddətlərdə iki razilaşmaya görə 40 min manat dəyərində qrant yardımı alıb. Bəs subsidiyanın yerdə qalanı hanı?

730 min manat hansı intellektual və yenilik proqramına sərf olunub?

Bütün bu pullar müxalifət və təşkilatlara sərf olunub.

1. 2013-cü ildə seçkilərdən öncə bu amerikan strukturunun puluna www.azerbaijanelections.org yaradılıb. Qısa müddətli layihənin yaranması üçün 10 min dollar ayrılıb. Seçkilərdən sonra sayt fəaliyyətini dayandırdı. Hal-hazırda fəaliyyət göstərmir. Lakin seçkilər vaxtı və seçkilərdən sonra müxalifət mövqeyində durub seçkinin nəticələrini şübhə altına alırdı. Qrant “Turan” informasiya agentliyinə ayrılıb.

2. Bir sayt kifayət deyildi. Hökumətə hücum edən www.seckiportali.az adlı daha bir resurs yaratdılar. Birincidən fərqli olaraq bu sayt fəaliyyət göstərir. Saytın yaradılması üçün pullar “Azadlıq” qəzetinin redaktoru müxalifət lideri Əli Kərimlinin arkadaşı olan Rövşən Hacıbəylinin “Jurnalistlərin demokratik məktəbi” layihəsi altında daxil olurdu. Hökumət əleyhinə yaradılan sayta 25 min dollar ayrılıb.

3. Hökumət əleyhinə aktiv tənqidçilərdən biri olan Emin Hüseynova fantastik pullar ayrılıb. Ona dəyəri 275 min dollar olan 5 qrant ayrılıb.

4.Digər dövlət tənqidçisi Rəşid Hacılı 128 min dollar alıb.

5. İnternet televiziyası olan “Kanal 13” üçün müxalifətçi Anar və Əziz Orucov qardaşlarına 46 min dollar ayrılıb. Yeri gəlmişkən, bu internet televiziyası hal-hazırda fəaliyyət göstərmir.

İkinci sual-Hansı məqsədlə Amerika Vəkillər Cəmiyyəti 206 min dollar xərcləyib?

2003-cü ildən 2013-cü ilədək Amerika vəkillər cəmiyyətinin nümayəndəliyi 4 razılaşma əsasında, 588 min dollar alıb. Bu pullardan 519 min manatı təşkilatlara ayrılıb. İndi isə fikir verin görün müxalifətçilər nə qədər alıb!

1.Müxalifət fəalı Vidadi Mirkamal, İntiqam Əliyev, Ənnağı Hacıbəyli 91 min dollar alıb.

2. Rəşid Hacılı 90 min dollar alıb.

3. Sabir Rüstəmxanlı-Əlövsət Əliyev 10 min dollar.

4. Və nəhayət, 2008 və 2013-cü illərin prezident seçkilərinin baş tənqidçisi “Demokratiyanın tədqiqi” 15 min dollar alıb.

Bu yolla, cəmiyyətlər üçün ayrılmış külli miqdarda qrantlar müxalifətçilərin maliyyə ehtiyatına axıb.

Üçüncü sual-“Revenue Watch İnstitute” 952 min manatı neyləyib?

Bu təşkilat əvvəllər Soros fondu ilə bağlı idi, son vaxtlarda isə müstəqil fəaliyyət göstərməyə başladı. Lakin elə bu vaxta kimi də, Sorosla bağlılığı var. Bu institut Azərbaycanda qeydiyyatdan keçə bilməsə də, 2006-cı ildən 2013-cü ilədək müxalif yönümlü təşkilatlara 952 min manat ayrılıb. 25 qrant layihəsinin çox hissəsini müsavatçı Qubad İbadoğlu, cəbhəçi Məhəmməd Talıblı, cəbhəçi Rövşən Ağayev və digərlərinin başçılıq etdiyi “Müstəqil büdcə qrupu” adlanan ictimai institut alıb. Qrupun əsas istiqaməti İlham Əliyev hakimiyyətinin iqtisadi siyasətinin tənqididir.

Dördüncü sual-nə üçün USAİD müxalifət qruplaşmalarına maliyyə yardımını artırıb?

Bu agentlik Azərbaycan müstəqillik qazandığı vaxtlarda 1992-ci ildə fəaliyyət göstərməyə başlayıb və bizim ölkəyə 300 milyon dollar yardım edib. 2009-cu ilin aprel ayında ABŞ və Azərbaycan hökumətləri arasında inkişaf proqramı çərçivəsində qarşılıqlı maliyyə olan xüsusi Memorandum imzalanıb. Lakin dövlət statusunun olmasına baxmayaraq, bu agentlik 2010 və 2013-cü illərdə qrant siyasətini və maliyyəsini Elmi İstehsalat Birliyinə (EİB) ayırdı.

Son vaxtlarda Azərbaycan Elmi İstehsalat Birliyinə 8 milyon 200 min dollar və daha 93 min manat ayrılıb.

Beşinci sual-Azərbaycan rayonlarında 108 amerikan toplaşıb?

Amerikan proqramı olan Sülh Korpusunun fəaliyyətinin uzadılmaması səfir Morninqstarı məyus edib. 2003-cü ildən başlayan bu proqram çərçivəsində 500 könüllü iştirak edib. Bu müddət ərzində könüllülər kənd ərazisində işləyir, ingilis dilini öyrətməklə mədəniyyətlər arası körpü yaradırdı. Tezliklə Azərbaycandan çıxarılacaq 108 könüllü isə sonadək Azərbaycanda işləyib.

Dünyanın sülh korpusu nədir? Nə üçün hökumət pulsuz ingilis dili dərsi verən könüllülərlə əməkdaşlıq edib? Burada daha çox günah Azərbaycanın Xarici İşlər Nazirliyinin boynundadır.

Altıncı sual-NED 3 milyon 500 min dolları nəyə xərcləyib?

Soyuq müharibə zamanı Reyqan demokratiyasının əsaslarından biri də, NED fondu olub. 2003-cü ildən 2013-cü ilə kimi fond Elmi İstehsalat Birliyinə 3 milyon 500 min dollar dəyərində 78 qrant ayırıb. Fond “Açıq Fikir Universiteti”, müxalifət agentliyi “Turan”, müxalifət internet televiziyası “Obyektiv-TV” və bu kimi bir sıra müxalif yönümlü insanları maliyyələşdirib".

Tərcümə etdi: Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm