Dünya
Vaşinqtonu şoka salan sürpriz: Ukraynada ABŞ xüsusi təyinatlıları oğurlanıb
Aprelin 15-ində Rusiya xüsusi təyinatlıları ABŞ-ın 20-yə qədər xüsusi təyinatlısını ələ keçirərək naməlum istiqamətə aparıb.
Publika.Az – ın verdiyi xəbərə görə, bu barədə “Vzqlyad” qəzeti Rusiya Təhlükəsizlik Şurasındakı yüksək vəzifəli mənbəyə istinadən bildirib.
Qəzet yazır ki, bu hadisə Ukraynanın şərqində baş verən hadisələrin əsas səbəbini açmağa imkan verir. Qeyd edək ki, bundan əvvəl də Kreml Ukraynanın şərq vilayətlərinə ABŞ-dan gətirilən muzdluların göndərildiyini bildirmişdi. İddia olunurdu ki, Ukraynanın cənub-şərqində yaşanan hadisələrdə Vaşinqton ABŞ təhlükəsizlik firması “Greystone”ni cəlb edib.
Qeyd edək ki, Barbadosda qeydə alınmış “Greystone” müxtəlif ölkələrdə insanların işə cəlb edilməsilə məşğul olan özəl bir şirkətdir. Şirkətin veb səhifəsində "dünyanın istənilən ölkəsini ən yaxşı hərbçilərlə təmin edə bilər" sözləri yazılıb.
Lakin bu iddia həm Kiyev, həm də Vaşinqton tərəfindən təkzib olundu.
“Vzqlyad” qəzeti Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Con Brennanın Ukraynaya səfərini xatırladıb. Onun Kiyevdən başqa həm də gizli şəkildə “turist” adı ilə Dneprin sahillərində olduğu bildirilir.
Ömər Dağlı
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!