MTRŞ-da görüş
Bizi izləyin

Qırmızı.az

MTRŞ-da görüş

MTRŞ-da görüş

Milli Televiziya və Radio Şurasında Xəzər televiziyasında dil və nitq qabiliyyətinin qorunması üçün yaradılmış Bədii Şuranın üzvləri ilə görüş keçirilib.

MTRŞ-dan Publika.Az –a verilən məlumata görə, Bədii Şuranın üzvləri tərəfindən Xəzər televiziyasında dil və nitq qabiliyyətinin qorunması üçün görülmüş işlər barədə ətraflı məlumat verilib. Bədii Şuranın üzvləri - AMEA-nın Dilçilik İnstitutunun direktoru, professor Fəxərddin Veysəlli, Mədəniyyət və İncəsənət Universitetinin səhnə danışığı kafedrasının dosenti Azad Şükürov tərəfindən telekanallarda dil və nitq qabiliyyətinin qorunması üçün müəyyən təkliflər irəli sürülüb.

Milli Televiziya və Radio Şurasında növbəti görüş Space televiziyasında dil və nitq qabiliyyətinin qorunması üçün yaradılmış Bədii Şuranın üzvləri ilə keçiriləcək.

Qeyd edək ki, Bədii Şuralar Prezidentinin 2013-cü il 9 aprel tarixli 2837 nömrəli Sərəncamı ilətəsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq yaradılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm