Bu gecə Şəki, Qazax və Xaçmazda yanğın olub
Bizi izləyin

Qırmızı.az

Bu gecə Şəki, Qazax və Xaçmazda yanğın olub

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın hadisələrindən biri Şəkidə baş verib. Burada vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin mühərrikinin yanar hissələri yanıb. Avtomobilin qalan hissəsi

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın hadisələrindən biri Şəkidə baş verib. Burada vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin mühərrikinin yanar hissələri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bundan başqa, Qazax rayonu, Kosalar kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 64 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:24-də söndürülüb.

Daha bir yanğın Xaçmaz şəhərində olub. Burada ümumi sahəsi 45 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 9 kv.m sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm