20 yaşlı futbolçu öldü
Bizi izləyin

İdman

20 yaşlı futbolçu öldü

Daha bir gənc futbolçu dünyasını dəyişib.

Publika.az xəbər verir ki, İngiltərənin "Vest Hem" klubunun 20 yaşlı üzvü Dilan Tombides vəfat edib. Onun ölümünə xərçəng xəstəliyi səbəb olub. Böyük gələcək vəd edən forvard "Vest Hem"in əsas heyətində 2012-ci ilin sentyabrında Liqa Kuboku oyununda debüt etmişdi. Tombides həmçinin Avstraliyanın U-17 və U-23 yığmalarında da forma geyinib.

Dilana xərçəng diaqnozu 2011-ci ildə qoyulmuşdu. Bir ilə yaxın müalicə olunan futbolçu 2012-də sağalaraq meydana qayıtmışdı. Lakin o, yenidən xəstəxanaya düşüb və bu dəfə ölümdən yaxa qurtara bilməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm