Dünya
Şəhər meri əsir götürüldü - FOTO
Slavyansk separatçıları şəhərin meri Nelya Ştepi əsirlikdə saxladıqlarını təsdiq etdi.
Bu barədə Ukrayna mətbuatı xəbər yayıb.
"Bilirik ki, Nelya İqorevnaya qarşı cinayət işi
açılıb, buna görə biz onu heç kimə verməmək qərarına gəlmişik. O
bizdədir", - deyə separatçı lider Vyaçeslav Ponomaryov şəhər şurası
yanında keçirilən mitinqdə bildirib.
"Onun vəziyyəti yaxşıdır. Dünən bir az böhran
keçirmişdi. Mer bizim keçirdiyimiz əməliyyatdan sonra özünü bir az
pis hiss edir. Bu səbəbdən də vəzifəsini yerinə yetirə bilmədiyi
üçün istefa ərizəsi yazıb", - Ponomaryov sözlərinə əlavə
edib.
Qeyd edək ki, aprelin 13-də Ali Radada
deputat Aleksandr Briqineç
Ştepin təhlükəsizlik xidmətinın antiterror
əməliyyatı ilə əlaqədar şəhərdən qaçdığını
açıqlamışdı./Anspress
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!