Markesin külü harada saxlanılacaq?
Bizi izləyin

Yazarlar

Markesin külü harada saxlanılacaq?

Dünya şöhrətli yazıçı Qabriel Qarsiya Markesin dəfn olunacağı yeri ailəsi seçəcək.

Bu barədə Kolumbiyanın Meksikadakı səfiri Xose Qabriel Ortis məlumat verib.



"Əlbəttə ki, küllərin bir hissəsi Meksikada saxlanılacaq. Digər hissənin isə düşünürəm ki, Kolumbiyaya göndərilməsi mümkündür".

Səfir bununla belə son qərarın mərhumun ailəsindən asılı olduğunu qeyd edib.

Ədəbiyyat üzrə Nobel mükafatı laureatı, kolumbiyalı məşhur yazıçı Qabriel Qarsiya Markes iki gün öncə vəfat edib. 87 yaşlı yazıçı Mexikodakı evində dünyasını dəyişib.



XX əsrin ən böyük yazıçılarından sayılan Markesin “Yüz ilin tənhalığı”, “Patriarxın payızı”, “Polkovnikə məktub yoxdur” və d. əsərləri dünyanın bir çox dillərinə, o cümlədən bizim dilimizə tərcümə edilib.



Yazıçının cəsədi yandırılacaq. /anspress

Oxumağa davam et
Reklam
Reklam

Gündəm